SOCAR 2023-cü ildə Gürcüstana qaz tədarükünü 21,4% - 1,1 milyard kubmetrə qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2023-cü ildə SOCAR Gürcüstana 1,1 milyard kubmetrə yaxın qaz ixrac edib, 2022-ci ildə bu göstərici 1,4 milyard kubmetr təşkil edib. SOCAR 2023-cü ildə Gürcüstana qaz ixracını 2022-ci illə müqayisədə 21,4% və ya 0,3 milyon kubmetrə qədər azaldıb”, - deyə nazirlikdən bildirilib.
2023-cü ildə Gürcüstan 2,5 milyard kubmetr Azərbaycan qazı idxal edib, bunun 1,4 milyard kubmetrini “Şahdəniz” qazı təşkil edib.
Hazırda Azərbaycan Gürcüstana qazın əsas tədarükçüsüdür.
SOCAR tərəfindən qaz Qazıməmməd-Qazax boru kəməri ilə nəql olunur.
Bundan başqa, “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazı da Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum – İF) ilə Gürcüstana nəql olunur.
Gürcüstanda təbii qaz bazarının (topdan və pərakəndə) inkişaf etdirilməsi məqsədilə 2007-ci ildə “SOCAR Georgia Gas Ltd” yaradılıb.
2008-ci il dekabrın 26-da SOCAR və Gürcüstan hökuməti arasında bağlanmış müqaviləyə əsasən, SOCAR bu ölkənin qaz infrastrukturuna sərmayə qoymaq şərti ilə 23 regional qaz paylayıcı şirkəti, həmçinin bir sıra qaz təsərrüfatı və şəbəkəsini əldə edib. 2012-ci ilin oktyabr ayında SOCAR “Itera International Energy LLC”nin 100%-lik törəməsi “Itera-Georgia” şirkətinin sahibinə və demək olar ki, Gürcüstanın yeganə təbii qaz təchizatçısına və paylayıcısına çevrildi.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət