Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycandan rekord həcmdə - 148,8 min tona yaxın karbamid idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
2022-ci illə müqayisədə tədarükün dəyəri 89,2% artıb.
Statistik məlumatlara görə, idxal olunmuş karbamidin dəyəri təxminən 56,5 milyon avro (artım 5%) təşkil edir.
2023-cü ildə Aİ ölkələri arasında Azərbaycandan karbamid idxalçılarının ilk beşliyində Rumıniya (36,3 milyon avro dəyərində (artım 6,6%) 99,1 min ton (artım 87,6%), İtaliya (7,8 milyon avro dəyərində (artım 2,1 dəfə) 19,4 min ton (artım 3,8 dəfə), İspaniya (7,3 milyon avro dəyərində 19 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib), Yunanıstan (2,8 milyon avro dəyərində (artım 46,4%) 5,5 min ton (artım 2 dəfə) və Sloveniya (1,8 milyon avro dəyərində 4,8 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib) yer alıb.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR Carbamide Plant məşğul olur.
SOCAR Carbamide Plant 2019-cu il yanvarın 16-da istismara verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamid təşkil edir.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 500 milyon avro borc vəsaitin payına düşüb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət