“SOCAR Türkiyə” şirkəti (SOCAR-ın Türkiyədəki törəmə şirkəti – İF) 2019-2023-cü illərdə Kayseri və Bursa şəhərlərinin qazpaylayıcı şəbəkələrinə $170 milyon məbləğində investisiya yatırıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin (SOCAR Turkiye Dogal Gaz - İF) rəhbəri Fuad İbrahimov deyib.
“Şirkətin qazın paylanması sahəsində fəaliyyətə başladığı 2019-cu ildən 2023-cü ilə kimi “Kayserigaz” və “Bursagaz” şirkətlərinə $170 milyon məbləğində investisiya yatırılıb. Bu şirkətlər ümumilikdə 1,9 milyon abonentə xidmət göstərir. 1,2 milyon abonenti olan “Bursagaz” Türkiyənin dördüncü ən böyük qazpaylayıcı şirkətidir”, - deyə o, “Axşam” qəzetinə müsahibəsində bildirib.
F.İbrahimov əlavə edib ki, Bursa şəhərinin 11 rayonunda SOCAR-ın qaz şəbəkəsinin uzunluğu 7561 km-ə çatır. Kayseri şəhərində “Kayserigaz” şirkəti 700 min abonentə xidmət göstərir və 6 675 km uzunluğunda şəbəkəyə malikdir.
Bursa və Kayserinin Türkiyənin ən məşhur şəhərləri sırasına daxil olduğunu deyən F.İbrahimov qeyd edib ki, “SOCAR Türkiyə” qazpaylayıcı şəbəkələrə investisiya qoyuluşunu intensiv şəkildə davam etdirir və abonentlərinin sayını günü-gündən artırır.
“Biz yeni investisiyalarımız sayəsində abonentlərimizin sayını artıracağıq. Biz 2024-cü ilin sonunadək “Kayserigaz” və “Bursagaz”la birlikdə qaz şəbəkələrimizin ümumi uzunluğunun 14 770 km-ə çatacağını proqnozlaşdırırıq”, - deyə o bildirib.
“Bursagaz” Türkiyədə üçüncü iri qazpaylayıcı şirkətdir. Bursa şəhərinin 11 rayonunda şirkətin 260 nəfər işçisi və 1 milyondan çox abonenti var. “Bursagaz”ın səhmdarları SOCAR (səhmlərin 80%-i) və “Chalik Holding”dir (20%).
“Kayserigaz” şirkəti 2003-cü ildə fəaliyyətə başlayıb. Şirkətin səhmdarları SOCAR (80%), “Chalik Holding” (10%) və Kayseri şəhər bələdiyyəsidir (10%).
SOCAR 2019-cu ilin yanvar ayında Almaniyanın “EWE A.G” şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”i və qrupa daxil olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərini satın aldığını elan edib. Şirkətlərin SOCAR-a təhvil-təslim prosesi 2019-cu il iyunun 17-də başa çatıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət