Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq arenada rolunun artdığını qeyd edir.
“TDT beynəlxalq arenada tanınmış və hörmətli aktora çevrilir”, - deyə Qazaxıstan Prezidenti Bakıya səfərindən öncə APA-ya yazılı müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu inteqrasiya birliyinin rolunu dəyərləndirmək çətindir.
“Nisbətən qısa bir tarixi dövr ərzində dövlətlərimizin əməkdaşlığı özünün həyat qabiliyyətini nümayiş etdirərək türk dünyasının konturlarını yeni geosiyasi reallıq kimi müəyyən edib. Obrazlı şəkildə desək, bizim vəzifəmiz güclü genlərə malik bu cücərtini davamlı olaraq inkişaf etdirməkdir. TDT-nin potensialı olduqca böyükdür. Sadəcə bəzi rəqəmlərə nəzər salaq: TDT-yə üzv olan ölkələrin ümumi ərazisi təxminən 4,5 milyon kvadrat kilometrdir, ümumi daxili məhsulun həcmi (ÜDM) 1,5 trilyon dollardan çoxdur, əhalisi 160 milyon nəfərdən artıqdır. TDT çərçivəsində ticarət dövriyyəsi 42,3 milyard dollara çatıb, türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi isə 1,3 trilyon dollara yaxındır. Təşkilatın bütün ölkələri dünya iqtisadi proseslərinə inamla daxil olub, əsas beynəlxalq təşkilatlarda təmsil olunur və aktiv fəaliyyət göstərirlər. Hesab edirəm ki, bu, TDT çərçivəsində inteqrasiya proseslərinin daha da uğurlu inkişafı üçün kifayətdir”, - deyə Tokayev qeyd edib.
“Türk dövlətlərinin tranzit-nəqliyyat əlaqələri, iqtisadiyyat, ekologiya, elm, təhsil, incəsənət, turizm, idmandan tutmuş ortaq tariximizin indiyədək naməlum səhifələrinin araşdırılmasına qədər geniş spektrli məsələlər üzrə əməkdaşlığı inkişaf etdirməyə qərarlı olması gələcəyə inam yaradır. Bu baxımdan, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi TDT ailəsinə daxil olan digər təşkilatların əməyini qeyd etməyə bilmərəm. Onlar təkcə humanitar və maarifləndirici missiya yerinə yetirmir, həmçinin xalqlarımızın həyatına böyük mənəvi güc verirlər. Qazaxıstanla Azərbaycan arasında TDT çərçivəsində əməkdaşlıqdan danışarkən, təşkilatın institusional inkişafına yanaşmalarımızın ahəngliyinə diqqəti çəkmək istərdim. Ölkələrimiz türk yönümlü altı beynəlxalq təşkilatın hamısının iştirakçısıdır və bu, TDT-nin inteqrasiyasının inkişaf vektorunu Astana ilə Bakının eyni şəkildə görməsinin ən bariz nümunəsidir”, - deyə Qazaxıstan lideri vurğulayıb.
Sonda Tokayev Azərbaycan idmançılarını cari ilin 8-14 sentyabr tarixlərində Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarında iştirak etməyə dəvət edib.*
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət