İqtisadiyyat Nazirliyi tərəfindən dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirməsi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə cari ilin 8 fevral tarixində elan olunmuş müsabiqənin ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı birinci mərhələsi başa çatıb.
“İnterfaks-Azərbaycan” nazirliyə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 8 şirkət tərəfindən müvafiq sənədlər təqdim edilib.
“İxtisas qiymətləndirməsinin nəticələrinə uyğun olaraq tələblərə cavab verən 5 şirkətə müsabiqənin şərtlər toplusu göndərilib. Cari ilin iyul ayının 1-dək şirkətlər tərəfindən təkliflər təqdim olunacaq, sonra təkliflər qiymətləndiriləcək. Layihə təkliflərinin qiymətləndirilməsi nəticəsində müsabiqə qalibi elan ediləcək və dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanacaq”, - nazirlik xəbər verir.
Məlumata əsasən, layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur.Zavodun istehsal gücü illik 100 milyon m3 olacaq. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət