NATO baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Moldova, Azərbaycan, Ermənistan və Gürcüstanla tərəfdaşlıq münasibətlərinə sadiq olduğunu bəyan edib.
“NATO və Moldova Respublikası arasında siyasi dialoqa və praktiki əməkdaşlığa əsaslanan münasibətlər mövcuddur”, - deyə baş katibin bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında təqdim etdiyi 2023-cü ilə dair hesabatında bildirilir.
Sənəddə Azərbaycan, Ermənistan və Gürcüstana da ayrıca bölmə həsr olunub.
“NATO bu üç tərəfdaşının hər birinin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və suverenliyinə dəstəyini ifadə edib. NATO Ermənistan və Azərbaycanı müxtəlif formatlarda konstruktiv əməkdaşlığa çağırıb və humanitar məsələlərin həllinin vacibliyini vurğulayıb. Alyans, həmçinin fərdi tərəfdaşlıq proqramlarının inkişafı yolu ilə Ermənistan və Azərbaycanla daha güclü tərəfdaşlıq münasibətlərinə malik olmağa çalışıb”, - deyə baş katibin hesabatında qeyd olunur.
Sənəddə Gürcüstan NATO-nun ən yaxın tərəfdaşlarından biri adlandırılıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət