2018-ci ilin I rübündə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $1,4 mlrd. məbləğində əməliyyatlar aparılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 80,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
"Cari ilin I rübündə bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri $1,4 mlrd. ekvivalentində olub ki, bu da 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 80,3% çoxdur. Hesabat dövründə kommersiya banklarınınnağd dollar alışı$594,2 mln., satışı isə $517,8 mln. məbləğində olub. Alışlar satışları $76,4 mln. üstələyib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2018-ci ilin yanvar-mart aylarında banklar tərəfindən 147 mln. avronun alışı, 43 mln. avronun isə satışı həyata keçirilib. Avro ilə əməliyyatlarda satışlar alışları 104 mln. avro üstələyib.
"Hesabat dövründə digər valyutalar (funt sterlinq, rubl və s.) üzrə banklarınnağd alışlarının məbləği $60,7 mln. ekvivalentində, nağd satışların məbləği isə $24,7 mln. ekvivalentində olub.
AMB-nin məlumatına görə, bu ilin mart ayında banklar tərəfindən nağd xarici valyutanın satışı alışı üstələyib, yanvar-fevral aylarında isə daha çox nağd xarici valyutanın alışı qeydə alınıb.
Mərkəzi Bankdan bildiriblər ki, 2018-ci ilin I rübündə qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri $4,8 mlrd. ekvivalentində olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çoxdur. Qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i dollarda, 16%-i digər valyutalarda aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dollarla valyuta əməliyyatlarının dəyəri12,4% artıb, avro ilə əməliyyatların dəyəri isə 12,1% azalıb.
Qeyri-nağd valyuta əməliyyatlarının 29%-i banklararası valyuta bazarında, 71%-i isə bankdaxili valyuta bazarında aparılıb.Hesabat dövründə banklararası valyuta bazarında dövriyyə 13%, bankdaxili valyuta bazarında isə 10% artıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət