Azərbaycan, Rusiya və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının gələcək inkişafı üçün işçi qrupun yaradılması ilə bağlı razılığa gəlib. Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu məsələ Rusiyanın nəqliyyat nazirinin müavini Aleksey Semyonov, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və İranın yol və şəhərsalma nazirinin müavini Şahram Adamnejadın görüşü çərçivəsində müzakirə edilib.
"Tərəflər üç ölkə arasında yük daşımaları ilə bağlı məsələləri nəzərdən keçirib və onların həcminin artdığını qeyd ediblər. Müzakirələrin yekunları üzrə ölkələr arasında yük daşımalarının gələcək inkişafına dair məsələlərin həlli üzrə birgə işçi qrupun, eləcə də müvafiq monitorinq sisteminin yaradılmasına dair qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Bütovlükdə, ötən həftə Moskvada baş tutmuş "Nəqliyyat həftəsi-2018" çərçivəsində Rusiyaya yüklərin İran və Azərbaycan ərazisi ilə daşınması ilə bağlı məsələlərin müzakirə olunduğu bir sıra tədbirlər keçirilib.
“Danışıqlar zamanı tərəflər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafına dair İş Planının, daşımaların monitorinq sisteminin yaradılması və digər məsələləri müzakirə ediblər", - deyə məlumatda vurğulanır.
«Beləliklə, ötən həftə Rusiya, İran, Hindistan və Azərbaycanın nəqliyyat nümayəndələrinin intensiv əlaqələri ilə əlamətdar oldu ki, bu da "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb dəmir yolu qolunun reallaşdırılması tamamlandıqdan sonra tərəflərin səylərinin artacağına ümid etməyə imkan verir", - deyə məlumatda qeyd edilir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət