İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxışı üzrə hərəkətlərini “məsuliyyətsiz” adlandırıb.
“İranın öz öhdəlikərinə tam sadiq olmasına baxmayaraq, ABŞ-ın HBFP-dan çıxması üzrə məsuliyyətsiz hərəkətləri bizim regionda və ondan kənarda daha bir pozucu amilə çevrilib. Amerikanın iqtisadi müharibəsi - əslində onun iqtisadi terrorizmi, - sadə iranlılara və onları itaətə məcbur etməyə arzu edənlərə qarşı yönələn, - sadəcə bəşəriyətə qarşı qəsdən və açıq şəkildə elan olunan cinayət deyil, həm də beynəlxalq sülh və təhlükəsizliyə ciddi və birbaşa təhdiddir”, - Zərif bu gün Bakıda Bakıda Qoşulmama Hərəkatının 18-ci sammiti çərçivəsində Nazirlər Görüşündə bildirib.
Onun sözlərinə görə, “diplomatiya, çoxtərəflilik və beynəlxalq əməkdaşlığa nifrət xroniki problemləri artıraraq bütün dünyada qeyri-müəyyənliyi gücləndirib”.
“Beynəlxalq hüquq, hərtərəfli sazişlər, Təhlükəsizlik Şurasının qətnamələri və sivil davranış normaları, görünür şəxsi siyasi ambisiyalara qurban verilir. Bu gün Asiyanın qərb hissəsi təşəkkül edən dünya quruluşuna qarşı vendettadan daha çox əziyyət çəkir. Hərəkatın vacib hədəflərindən biri olan fələstinlilərin özünü özünüidarəetmə hüquqları bu gün birtərəfli və dağıdıcı siyasət, xüsusilə Qüds barəsində qanunsuz mövqelərlə kobudcasına pozulur”, - o qeyd edib.
Zərif əlavə edib ki, ABŞ-ın dəstəyi ilə həyata keçirilən Yəməndə müharibənin regional nəticələri “nəzarətdən çıxaraq bölgədə və ondan kənarda gələcəkdə gərginliyə səbəb ola bilər”.
“ABŞ-ın bir sıra ölkələrə - Kuba, Venesuela, Suriya, İran, Çin və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə meylli olması – beynəlxalq, iqtisadi münasibətləri pozur, milyonlarla insanı, o cümlədən, qlobal ticarəti risk altına qoyur. Bu səbəbdən, Hərəkatımızın üzvləri birləşərək kollektiv və innovativ düşüncə - və fəaliyyət qəbul etməlidir – bu kursu dəyişmək və ya ən azı onun xalqlarımıza təsirinə azaltmaq məqsədilə”, - o bildirib.**
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət