2019-cu ildə Türkiyəyə qaz ixracının ümumi həcminin 21,2%-i (9 milyard 585 milyon kubmetr) Azərbaycan qazının payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun 2019-cu ilə dair hesabatında deyilir.
2019-cu ildə Türkiyəyə qaz idxalının ümumi həcmi 45 milyard 211 milyon kubmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 10,08% azdır. Ötən il 9 milyard 585 milyon kubmetr (artım 27,3%) Azərbaycan qazı ixrac olunub.
2019-cu ildə Türkiyəyə qaz ixracının ümumi həcmində Azərbaycan qazının payı 21,2% təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən (14,97%) 6,23 faiz bəndi və 2009-cu ilin göstəricisindən (13,83%) 7,37 faiz bəndi çoxdur.
2019-cu ildə Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə ikinci yerdə qərarlaşıb. Birinci yerdə Rusiya (33,6%), üçüncü yerdə İran (17,11%) gəlir.
Hesabata əsasən, ötən il Azərbaycan Türkiyəyə qaz ixracını 2009-cu illə müqayisədə 1,93 dəfə artırıb.
2009-2019-cu illərdə Azərbaycan Türkiyəyə 63 milyard 265 milyon kubmetr qaz ixrac edib.
Azərbaycan Türkiyəyə yalnız “Şahdəniz” yatağından hasil edilən qaz ixrac edir. İxrac 2007-ci ilin iyul ayından həyata keçirilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət