Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəklə bağlı açıqlama verib.
“Azərbaycan XİN İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndirir. “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır”, - deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib”, - deyə açıqlamada bildirilir.
“Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini, o cümlədən İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bölgəyə səfərini və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək dəyərləndiririk. İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr, o cümlədən bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcək”, - deyə açıqlamada qeyd olunur.
Xatırladaq ki, ötən gün Xameneyi bəyan edib ki, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır. "İranın iki qonşusu arasında müharibə təhlükəlidir və tezliklə bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycana məxsusdur və Ermənistan tərəfindən işğal olunmuş ərazilər azad edilməlidir", - deyə Xameneyi bildirib. O vurğulayıb ki, Azərbaycan bu məsələdə beynəlxalq hüquq baxımından tamamilə haqlıdır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət