Azərbaycan 2020-ci ilin yanvar-avqust aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 7 milyard 525,19 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 24,5% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Avqust ayında Türkiyəyə 986,37 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 29,4%-ni təşkil edib (2019-cu ilin avqust ayı ilə müqayisədə artım 34,21%). Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Azərbaycan avqust ayında Türkiyəyə qaz ixracının həcminə görə ikici yerdə qərarlaşıb. Birinci yerdə Rusiya (40,84%), üçüncü yerdə İran (12,11%), dördüncü yerdə Əlcəzair (10,98%) qərarlaşıb.
Azərbaycan mart ayında Türkiyəyə qaz ixracının ümumi həcmində 23,45% payla birinci yeri tutub və iyul ayınadək liderlyini qoruyub.
Avqust ayında Türkiyəyə 3 milyard 354,75 milyon kubmetr qaz (2019-cu ilin avqust ayı ilə müqayisədə artım 6,56%) ixrac edilib. 2 milyard 762,84 milyon kubmetr boru kəməri qazının (ixracın 82,4%-i, 2019-cu ilin avqust ayı ilə müqayisədə artım 17,7%), 591,9 milyon kubmetr (17,6%, azalma 26,1%) isə LNG-nin payına düşüb.
2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.
Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət