İşğal dövründə Azərbaycanın yaşayış məntəqələrinə, həmçinin erməni əhalisi Kəlbəcər rayonunu tərk edərkən ekologiyaya vurulan zərərə görə Azərbaycan Ermənistandan kompensasiya tələb edəcək. Bunu prezidenti İlham Əliyev deyib.
“Bu Cəbrayıl şəhərinin mərkəzidir. Hər şey dağıdılıb, (erməni işğalçıları - İF) bir bütöv bina belə saxlamayıblar, yalnız hərbi hissə inşa ediblər. Qalan infrastruktur, yaşayış evləri, məktəblər, ictimai binalar daxil olmaqla, hər şey dağıdılıb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Bir daha qeyd edirəm ki, bura beynəlxalq təşkilatlar, ekspertlər gələcəklər, son 30 il ərzində vurulan zərərin həcmi qiymətləndiriləcək, kompensasiyanın ödənilməsini tələb edəcəyik”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə Əliyev bazar ertəsi Cəbrayıl rayonuna səfəri zamanı bildirib.
O cümlədən, prezident qeyd edib ki, Kəlbəcər ryonundan çıxan erməni əhalisi tərəfndsən törədilən vandallıq aktlarına görə Azərbaycan Ermənistandan kompensasiya tələb edəcək.
“Bu gün Kəlbəcər rayonunda ağacları kəsən, məktəbləri dağıdan, binaları yamdıran düşməın buna görə cavab verəcək. Onlar bunalrı məhv edərkən düşünürdülər ki, Azərbaycan əhalisi heç zaman öz doğma torpağına qayıtmayacaq, lakin onlar çox səhv ediblər, biz öz doğma torpağımıza qayıtdıq və hərşeyi bərpa edəcəyik”, - dövlət başçısı vurğulayıb. **
X.Nəsirzadə
RF-nin Tula vilayətindən sınaq ərzaq partiyası Azərbaycanın ticarət şəbəkələrinə tədarük olunacaq
Nazir: Qazaxıstan hələlik Azərbaycan vasitəsilə neft nəqlinə dair saziş imzalamağı planlaşdırmır
AZAL-ın Bakı-Moskva təyyarəsində texniki problem yaşanıb
Azərbaycanda son sutka ərzində COVID-19-dan 5 nəfər vəfat edib
“Turkish Airlines”ın Bişkek-Antalya təyyarəsi Bakıya plandankənar eniş edib
DTA “Basqal” Qoruğuna mediatur təşkil edib
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Paşinyan və Rəisi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər
Azərbaycan XİN başçısı: İrəvan Bakı ilə sülh müqaviləsinin hazırlanmasından yayınır
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub