“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, reytinq üzrə proqnoz "Mənfi"dir.
Reytinq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balansları, büdcə maliyyələşdirilməsinin çevikliyini əks etdirir. Digər tərəfdən, iqtisadiyyatın neftdən güclü asılılığını, idarəetmənin zəif göstəricilərini, habelə xüsusilə məzənnə rejimi ilə bağlı qərarların qəbulu prosesində şəffaflığın və proqnozların olmamasını qeyd etmək lazımdır”, - deyə agentlik qeyd edir.
Mənfi proqnoz neftin ucuzlaşması və COVID-19 pandemiyasının Azərbaycanın xarici ehtiyatlarına təsirini əks etdirir.
"Dağlıq Qarabağ və ətraf bölgələrdə Ermənistanla münaqişənin bu yaxınlarda həlli müsbət amil olsa da, “Fitch” analitiklərinin fikrincə, Azərbaycanın regional xərc planlarının onun dövlət maliyyəsinə təsiri ilə bağlı qeyri-müəyyənliyin və gərginliyin artması riski qalmaqdadır", - deyə agentlik qeyd edir.
“Fitch”in qiymətləndirmələrinə görə, neftin ucuzlaşması və COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin mart-aprel aylarında ARDNF-in valyuta ehtiyatlarının $2,5 milyard azalması ilə nəticələnmiş xarici təzyiq əhəmiyyətli dərəcədə zəifləyib.
"O vaxtdan bəri, hətta bu yaxınlarda Ermənistanla hərbi münaqişə zamanı valyutaya tələb nisbətən sabit olub. “Fitch”in 2021-ci və 2022-ci illərdə neftin tədricən bahalaşacağı ilə bağlı ehtimalına əsasən, Azərbaycanda devalvasiya riskləri aşağı olaraq qalır", - deyə agentlik vurğulayır.
ARDNF 2020-ci ilin yanvar-oktyabr aylarında valyuta hərraclarında $6,2 milyard xarici valyuta satıb.
“Fitch” hesab edir ki, iqtisadi siyasətin strukturunda makroiqtisadi sabitliyi sarsıdan dəyişikliklər olarsa, Azərbaycanın reytinqi aşağı düşə bilər. Neftin davamlı olaraq ucuz qiyməti və ya iqtisadiyyata, bank sektoruna, dövlət maliyyəsinə ya da xarici mövqeyə əhəmiyyətli dərəcədə mənfi təsir edə biləcək daha uzunmüddətli xarici şoklar da reytinqə mənfi təsir göstərə bilər.
Reytinqin yüksəlməsinə səbəb ola biləcək əsas amillər aşağıdakılardır: böyük həcmdə xarici maliyyə vəsaiti, hökumətin büdcə kəsirinin azaldılması və dövlət maliyyəsinin yüksək likvidliyinin qorunması istiqamətində tədbirləri, makroiqtisadi siyasətin təkmilləşdirilməsi.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət