2021-ci ilin yanvar-mart aylarında 376 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 125 nəfər həlak olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
“2021-ci ilin yanvar-mart aylarında 376 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7% az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,4% azalaraq 495 nəfər olub. Onlardan 125-i həlak olub, 370-i isə yaralanıb”, - deyə məlumatda bildirilir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 84%-ni, yaralananların isə 72,7%-ni kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 8 hadisə baş verib, nəticədə 2 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hadisələrin 75%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Hesabat dövründə bütün yol-nəqliyyat hadisələrinin 37,8%-i nəqliyyat vasitələrinin və piyadaların, 38,3%-i bir neçə nəqliyyat vasitəsinin, 23,9%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Hadisələrin 42,8%-i gündüz, 35,6%-i gecə, 21,6%-i isə toran vaxtı baş verib, 29,5%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət