Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq, bu, iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Bunu Prezident İlham Əliyev deyib.
İ.Əliyev İran KİV-nə müsahibəsində bu gün Aşqabadda imzalanmış “İran ərazisindən təbii qazın tranzit şərtlərinin müəyyən edilməsi haqqında” sazişi şərh edib.
“İmzalanmış sənədin çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”, - deyə dövlət başçısı bildirib.
Öz növbəsində, İran Prezidenti Seyid İbrahim Rəisi vurğulayıb ki, qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir.
İran KİV-nin məlumatına görə, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. Müqavilə müddətsizdir və bu ilin dekabrın 22-dən onun həyata keçirilməsinə başlanılacaq.
İran SWAP müqaviləsi çərçivəsində Türkmənistan təbii qazını Azərbaycana nəql etməklə 5 əyalətinin qaza tələbatını ödəyə biləcək.*
R.Əhmədov
Azərbaycan prezidentinin köməkçisi Aİ-yə üzv ölkələrin Bakıdakı səfirləri ilə görüşüb
“Azpetrol” 2023-cü ilə qədər Bakıda hotel-sağlamlıq kompleksini istifadəyə verəcək
Dağıstanda Azərbaycana giriş ilə Xəzərdə kruizlər müzakirə olunub
Azərbaycan Ermənistan hərbçisini qaytarıb
Paşinyan ABŞ-dan Qarabağla bağlı dəqiq mövqe gözləyir
Paşinyan Azərbaycanla münasibətlərin həllinin iki variantı barədə söz açıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi
“Azpetrol” şirkəti 25 illik fəaliyyətinin nəticələrini açıqladı
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək