Rəsmi Bakı və Ankara regional əməkdaşlıq, həmçinin Ermənistanla münasibətlərin normallaşması məsələsində sıx əlaqələri davam etdirəcəklər.
“Türkiyəli həmkarımla görüş zamanı Cənubi Qafqazda vəziyyət daxil olmaqla, bir çox məsələləri müzakirə etdik. Xüsusilə, inkişaf edən post-münaqişə prosesləri, Ermənistanla nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məsələsi, beynəlxalq səviyyədə tanınan sərhədlərin müəyyən edilməsi məsələlərini. Həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsi müzakirə olunub. Bu mənada yaxın aylarda müxtəlif platformalarda üçtərəfli və dördtərəfli görüşlər keçiriləcək. Bu istiqamətdə yol xəritəsi hazırlamışıq”, - Bayramov şənbə günü Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.
“İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra biz Erməistanla sülh sazişinin imzalanması ilə bağlı Azərbaycaın təkifini tam dəstəkləyirik. Bu istiqamətdə işi davam etdirəcəyik”, - türkiyəli nazir vurğulayıb.
“Azərbaycan dəfələrlə bəyan edib ki, Erməistanla sülh sazişi imzalamağa hazırdır. Hesab edirik ki, münasibətlərin normallşaması üçün bizim minimum şərtimiz var: bir ölkənin digər ölkəin ərazisinin işğalı faktı artıq aradan qaldırılıb. Əvvəlki çətinliklərə, faciələrə baxmayaraq, münasibətlərin normallşaması üzrə dialoqun vaxtı gəlib. Həm Bakı, həm Ankara regionda mehriban qonşuluq münasibətləri yaratmağa çalışır. Bu Ermənisatn üçün də imkandır. Bu imkandan Ermənistanın necə istifadə edəcəyi isə bu ölkənin hərbi-siyasi rəhbərliyi və həmçinin, cəmiyyətindən asılıdır. Azərbaycan və Türkiyənin mövqeləri beynəlxalq hüquq prinsiplərinə əsaslanır”, - Bayramov vurğulayıb. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət