Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının milli bayramı münasibətilə Prezident Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
“Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz cari ildə biz ötən dövr ərzində əldə etdiyimiz nailiyyətlərə nəzər salır, iqtisadiyyat, energetika, mədəniyyət, təhsil və digər sahələrdə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanlarını araşdırırıq. Hesab edirəm ki, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün perspektivlər vardır”, - deyə dövlət başçısının rəsmi saytında dərc olunmuş məktubda bildirilir.
“Beynəlxalq hüquqa söykənərək tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə Fransanın dəyərli töhfə verə biləcəyinə inanırıq”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi töhfəni təqdir edib.
“İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minalar burada apardığımız bərpa və yenidənqurma işlərinə, bölgənin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qalmaqdadır. 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxs mina hadisələri nəticəsində həlak olmuş və ya ağır xəsarət almışdır. Biz ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi töhfəni təqdir edir, Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin lazımi dəstək göstərəcəyinə ümidvarıq”, - deyə məktubda qeyd olunur.*
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət