Çərşənbə axşamı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin də təmsil edildiyi Azərbaycanın nümayəndə heyəti Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
“Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı”, - Cabbarov görüşün yekunlarına dair Twitter hesabında yazıb.
Öz növbəsində, Azərbaycan XİN məlumat verir ki, «bir sıra sahələr üzrə şirkətlər arasında artıq əlaqələrin qurulması, neft və qaz sektorunda şirkətlər arasında razılaşmaların əldə edilməsi, dünən keçirilmiş ikitərəfli Azərbaycan-Özbəkistan İqtisadi Komissiyanın iclası və onun nəticələrinin faydalı olduğu vurğulanıb”.
Görüşdə eyni zamanda, ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində olan yüksək səviyyəli əməkdaşlıq məsələləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər, o cümlədən cari ilin noyabr ayında Səmərqənddə Zirvə görüşünün keçirilməsinə hazırlıq işləri müzakirə edilib.
“Ümumilikdə, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb”, - məlumatda deyilir.
Görüş zamanı “prezidentlərin tapşırığına uyğun olaraq, həm ikitərəfli hökumətlərarası komissiyanın nəticələrindən, həm də üçtərəfli formatda qəbul edilmiş Daşkənd Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib”. **
E.Şəfiyev
“FRR-2018” “Daşkəsən” dəmir filizi sahəsində köhnə infrastrukturun söküntü işlərini həyata keçirəcək
AMB 2023-cü ildə illik inflyasiya poqnozunu 8% səviyyəsindəı saxlayıb
DTX Milli Məclisin deputatına silahlı hücumu terror aktı kimi qiymətləndirib
KİV: Azərbaycan parlamentinin deputatı silahlı hücum nəticəsində yaralanıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Azərbaycan XİN Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin ittihamlarına cavab verib
Mişel və Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələrə start verilib
"Bakcell"dən iPhone istifadəçilərinə xəbər!
Caspian Energy Club-ın İdarə Heyətinin yeni tərkibi açıqlandı
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək