Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq.
Onun sözlərinə görə, Zəngilan şəhərinin özünəməxsus simasını formalaşdırmaqdan ötrü baş planda tarixi abidələrin, ətraf mühitin qorunması nəzərdə tutulub.
V.Hacıyev qeyd edib ki, işğal illərində Zəngilanın ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə rayon ərazisində indiyədək 2000 çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib.
Minalardan təmizlənmiş Ağalı kəndinin yerində “ağıllı kənd” konsepsiyasına uyğun olaraq yeni və müasir qəsəbənin salındığını xatırladan xüsusi nümayəndə əlavə edib ki, bu yaşayış məskənində 200 ev, uşaq bağçası, məktəb və bir neçə inzibati binanın inşası başa çatdırılıb, 150 evin, iki və üçmərtəbəli binaların tikintisi davam etdirilir. Artıq 41 ailənin 201 üzvünə evlərin açarları təqdim edilib.
Zəngilan şəhərinin Baş planı Prezident İlham Əliyevə onun 2022-ci il mayın 26-da Zəngilan rayonuna səfəri zamanı təqdim olunub.
Baş plan İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulur.
Şəhərin yerləşdiyi Oxçuçay çayının sahilində geniş park, həmçinin dağüstü park və daxili yaşıl dəhlizlər salınacaq.
Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi isə Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.*
R.Kərimov
Müdafiə Nazirliyi RSK-nı Qarabağ üzrə üçtərəfli razılıqları kobud şəkildə pozmaqda ittiham edib
XİN: “İrəvan həqiqətən də sülhdə maraqlıdırsa, Bakıya qarşı təcavüzkar siyasətə son qoymalıdır”
Ayxan Hacızadə: “Azərbaycan səfiri Niderland XİN-ə çağırılmayıb”
Martın 29-dan “İrAero” Ufadan Bakıya reys açacaq
AAM Azərbaycanın qərbində Gilar yatağında qızıl ehtiyatlarının qiymətləndirməsini artırıb
Azərbaycanda COVID-19-a 19 yoluxma faktı qeydə alınıb
Yanvarda Azərbaycanda bağlanmış nikahların sayı 27% azalıb, boşanmaların sayı 10%-dək artıb
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək