Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh müqaviləsi layihəsinin müzakirəsi məqsədilə erməni həmkarı Ararat Mirzoyanla danışıqların növbəti mərhələsinin yaxın həftələrdə keçiriləcəyinin anonsunu verib.
“(...) Azərbaycan iki dövlətin sərhədləri çərçivəsində bir-birinin suverenliyinə hörmət və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistana sülh təklif etdi. Sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir”, - Bayramov bazar ertəsi Brüsseldə Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” Proqramı iştirakçı ölkələrin Xarici İşlər Nazirlərinin görüşündə çıxışında bildirib.
Onun sözlərinə görə, bu il Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi Ermənistan-Azərbaycan münasibətlərinin postmünaqişə normallaşması prosesinə təkan verib. “Xüsusilə, Brüsseldə keçirilmiş üçtərəfli görüşlər produktiv olub. Azərbaycan bu formatı dəstəkləməyə davam edir və bu istiqamətdə qarşılıqlı fəaliyyətə hazırdır”, - nazir qeyd edib.
Bayramov əlavə edib ki, tərəfsizlik və neytrallıq, beynəlxalq hüquqa ciddi riayət və tərəflərin razılığı istənilən vasitəçilik və ya yardım təşəbbüsünün əsasını təşkil edir və bu prinsiplərə bütün hallarda əməl olunmalıdır.
XİN başçısı əlavə edib ki, imzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək, dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq.
“İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan (danışıqların - İF) imitasiyasını davam edir. Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir”, - Bayramov deyib.
O qeyd edib ki, Ermənistan indiyədək öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir.
“Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir”, - Azərbaycan XİN başçısı əlavə edib. **
A.Əzizov
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət