Azərbaycan sülh müqaviləsi üzrə genişlənmiş elementləri Ermənistana təqdim edib, Ermənistan tərəfi onları öyrənmək üçün vaxt istəyib. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan tərəfi genişlənmiş elementləri qarşı tərəfə təqdim edib. Ermənistan tərəfi vaxt istəyib ki, onları öyrənib geri dönsün”, - deyə o, Bişkekdə Azərbaycan telekanallarına bildirib.
AzTV telekanlının məlumatına görə, nazir qeyd edib ki, genişlənmiş elementlər Azərbaycanın ilkin təqdim etdiyi beş baza prinsipinə əsaslanır.
XİN başçısı vurğulayıb ki, Azərbaycan Ermənistanla xüsusilə sülh müqaviləsinin bağlanması, kommunikasiyaların açılması və Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlarda irəliləyişin əldə olunmasında maraqlıdır. “Bu məsələlər görüşlər zamanı mütəmadi olaraq qaldırılır və Azərbaycan öz mövqeyini çatdırır”, - deyə o qeyd edib.
Bayramov əlavə edib ki, oktyabr ayında Brüsseldə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın üçüncü iclasının keçirilməsi planlaşdırılır.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət