Azərbaycan və Rusiya Federasiyası arasında zərərverici həşəratlar üçün feromon tələlərinin birgə istehsalı imkanını müzakirə edilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu məsələ Moskvada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbərinin müavini Yuliya Şvabauskene arasında danşıqlar zamanı müzakirə olunub.
“Tərəflər zərərverici həşəratlar üçün feromon tələlərinin birgə istehsalı imkanını müzakirə ediblər”, - “Rosselxoznadzor”un məlumatında deyilir.
Danışıqlar əsnasında baytarlıq və fitosanitar nəzarət, o cümlədən informasiya sistemlərinin inteqrasiyası məsələlərinə toxunulub.
Tərəflər yenidən «Bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında» hökumətlərarası saziş layihəsini müzakirə ediblər. “Rosselxoznadzor” qarşılıqlı tədarükdə ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb və bununla əlaqədar olaraq bəzi məsələlərin ekspertlər səviyyəsində yekunlaşdırılmasını zəruri hesab edib.
O cümlədən, Rusiya tərəfi bu ölkəyə pomidor tədarükü zamanı Avrasiya İqtisadi Birliyi üçün karantin obyektlərinin aşkar edilməsi hallarının artmasına diqqət çəkib. Belə ki, 2021-ci ildə 71 halda Cənubi Amerika pomidor güvəsi, 2022-ci ildə isə 142 halda aşkar edilib. Şvabauskene Azərbaycan tərəfindən qarşılıqlı tədarükdə uyğunsuzluqların aradan qaldırılması məqsədilə yüklənən məhsul baxımından karantin fitosanitar nəzarətin gücləndirilməsini xahiş edib.
Həmçinin, idarələr bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasını intensivləşdirməyə dair razılığa gəliblər ki, bu da əmtəə axınlarının 100% izləməsini təmin edəcək və qanunsuz tədarük imkanlarını istisna edəcək.
Müzakirə olunan mövzulardan biri də Rusiya kartofunun Azərbaycana tədarükü olub. "Bu il Rusiya ərzaq və toxum kartofunun xeyli artan həcmini ixrac edib. Bununla yanaşı, fitosanitar sənədlərin saxtalaşdırılması halları qeydə alınıb. Sənədlərin saxtalaşdırılması faktlarının hər biri üzrə “Rosselxoznadzor” tərəfindən hərtərəfli tədbirlər görülüb: istintaq aparılıb, qeyri-qanuni sxemlərdə iştirak edən şirkətlər müəyyənləşdirilib, onlar üçün Azərbaycana ixrac qadağan edilib, ixrac olunan və idxal olunan kartofun laboratoriya tədqiqatları baxımından müəssisələrin fəaliyyəti dayandırılıb", - məlumatda vurğulanıb.
Şvabauskene Quliyev əmin edib ki, “Rosselxoznadzor” üçün Azərbaycana karantin fitosanitar münasibətdə təhlükəsiz məhsulun mütləq şəffaflığını və zəmanətli ticarətini təmin etmək prioritet vəzifədir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət