Azərbaycan və Türkiyə arasında Trans-Anadolu (TANAP) qaz kəmərinin tikinti layihəsi üzrə dövlətlərarası saziş bu həftə Bakıda imzalana bilər. Bu barədə SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti. ARDNŞ) prezidenti Rövnəq Abdullayev ANS televiziya kanalına müsabiqəsində məlumat verib.
“Dövlətləraası saziş imzalanmaq üçün haırlanır. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu həftə Bakıya səfərə gələcək və biz bu səfər çərçivəsində sazişin imzalanacağına ümid edirik”, - deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, bu qaz kəmərinin tikintisi Türkiyənin qərb hissəsinin qaza olan böyük tələbatını təmin etməyə imkan yaradacaq.
“Bununla yanaşı, TANAP Azərbaycan qazının Avropaya nəqlində mühüm rol oynayacaq”, - deyə R.Abdullayev vurğulayıb.
Şirkət rəhbəri əlavə edib ki, Trans-Anadolu qaz kəmərinin tikinti digər qaz layihələrinin - TAP, ITGI-nin reallaşması üçün əngəl olmayacaq, çünki onlar Türkiyənin qərb hissəsindən başlayır və Avropanı qazla təmin etməyə yönəldilib.
“TANAP həmçinin Nabucco layihəsinə inteqrasiya edilə bilər, biz hazırda bu barədə layihənin səhmdarları ilə danışıqlar aparırıq. Yaxın zamanda üç qaz kəməri layihəsindən biri seçiləcək (Azərbaycan qazının Avropaya idxalı üzrə - İF-Az)”, - deyə R.Abdullayev qeyd edib.
Xəbər verildiyi kimi, 2011-ci il 26 dekabr tarixində Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyi bu qaz kəmərinin tikintisi üçün konsorsiumun yaradılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Memorandum qaz kəmərinin tikintisi üçün şirkətlər konsorsiumunun yaradılmasını nəzərdə tutur. Konsorsiuma Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Türkiyənin BOTAŞ və TPAO şirkətləri daxil olacaq. Bundan başqa, memorandumun şərtlərinə əsasən, konsorsiumun tərkibinə neft-qaz hasilatı prosesi ilə məşğul olan digər beynəlxalq qaz şirkətləri də daxil ola bilərlər.
“Trans Anadolu Pipeline” qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Nəzərdə tutulduğu kimi, Azərbaycan qazının Türkiyə ərazisindən tranziti üçün yeni qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək: 10 mlrd. kubmetr - Avropa və 6 mlrd. kubmetr - Türkiyənin qərb regionları üçün.
“Şahdəniz” yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin ilin oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Mərhələ-2”-nin dəyəri $20 mlrd. məbləğində qiymətləndirilir. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət