2012-ci il martın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının ümumi aktivlərinin həcmi 14 mlrd. 640,1 mln. manat təşkil edir, bu isə cari ilin əvvəlinə olan göstəricidən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Bankların aktivlərinin strukturunda müştərilərə verilən kreditlər ən çox xüsusi çəkiyə malikdir. Onların payına 9 mlrd. 223,3 mln. manat (2012-ci ilin yanvar-fevral ayları ərzində artım 2,4%) və ya bankların bütün aktivlərinin 63%-i düşür.
Aktivlərin strukturunda 2012-ci il martın 1-nə 1 mlrd. 282,7 mln. manat və ya bütün aktivlərin 8,8%-i bankların müxbir hesablarının (azalma 4%), nağd vəsaitlərin - 655,6 mln. manat və ya 4,5% (azalma 4,5%), investisiyaların – 1 mlrd. 498,7 mln. manat və ya 10,3% (artım 4%) payına düşür.
Bundan başqa maliyyə sektoruna verilən kredit və depozitlər 582,1 mln. manat və ya bütün aktivlərin 4%-i (artım 2,5%), digər aktivlər – 1 mlrd. 397,7 mln. manat və ya 9,5% (artım 15,2%) həcmindədir.
Passivlərin strukturunda 2012-ci ilin mart ayının əvvəlinə bankların öhdəlikləri 12 mlrd. 172,4 mln. manata və ya bütün passivlərin 83,14%-nə (artım 2,9%) bərabərdir.
Öhdəliklərin tərkibində ən çox xüsusi çəkiyə 6 mlrd. 849,3 mln. manat və ya bütün passivlərin 46,78%-i (artım 2,6%) olmaqla depozitlər malikdir. Bankların öhdəliklərinin strukturunda maliyyə sektorundan alınmış kredit və depozitlərin payına 4 mlrd. 469,6 mln. manat və ya 30,53% (artım 2,7%), digər öhdəliklərin payına – 853,5 mln. manat və ya 5,83% (artım 5,8%) düşür.
Passivlərin tərkibində bank kapitalının xüsusi çəkisi 16,86% və ya 2 mlrd. 467,7 mln. manat (artım 1,6%) təşkil edir.
AMB-nin məlumatına görə, 2012-ci il martın 1-nə 44 bank fəaliyyət üçün lisenziyaya malikdir.
Azərbaycan banklarının 2012-ci ilin yanvar-fevral ayları ərzində xalis mənfəəti 42,43 mln. manat (2011-ci ilin yanvar-fevral aylarə ilə müqayisədə artım 49,4%) təşkil edib. Hesabat dövrünü mənfəətlə başa vurmuş bankların sayı 3 bank artıb - 34-ə çatıb.
2012-ci ilin yanvar-fevral aylarında 10 bank hesabat dövrünü 10,15 mln. manat həcmində zərərlə başa vurub. Bununla yanaşı ölkədə zərərlə işləyən bankların sayı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3 dəfə, onların zərərinin ümumi məbləği 1,1% azalıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət