Çərşənbə günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Hillari Klinton arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, iki ölkə arasında enerji və digər sahələrdə əməkdaşlığın genişlənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Respublikanın rəsmi KİV-nin xəbər verdiyi kimi,İ.Əliyev H.Klintonun Azərbaycana növbəti səfərindən məmnunluq duyduğunu bildirərək,bunu iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirib.
Azərbaycan və ABŞ arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Hillari Klinton öz növbəsində ikitərəfli əlaqələrlə bağlı Azərbaycan Prezidenti ilə məsləhətləşməkdən məmnun olduğunusöyləyib.
ABŞ dövlət katibi İ. Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd edib. Ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan H.Klinton ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd edib.O, Azərbaycanın regionda mühüm rolunu vurğulayıb. Dövlət Katibi ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu deyib .
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət