Cümə axşamı Bakıda “Səadət” Sarayının əsaslı təmirdən sonra açılış mərasimi keçiriləcək. Bu barədə gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü jurnalistlərlə görüş zamanı məlumat verib.
“Səadət” Sarayı hələ üç ay ömnə tam təmir olunub və bu gün xalqa xidmət etməyə hazırdır”, - deyə A.Rəhimov vurğulayıb. Onun sözlərinə görə, bina 9-10 bal gücündə zəlzələyə davamlıdır.
A.Rəhimov həmçinin məlumat verib ki, cümə günü Bakıda yeni idman-üzgüçülük kompleksinin təməli qoyulacaq. Yaxın günlərdə isə əsaslı təmir və bərpadan sonra Tofiq Bəhramov adına Respublika stadionunun açılışı keçiriləcək.
Gənclər və idman naziri həmçinin qeyd edib ki, “Еurovision” müsabiqəsinin keçirilməsi üçün inşa olunan “Baku Crystal Hall” multiprofilli kompleks kimi yaradılıb və idman yarışları və konsertlərin keçirilməsi üçün nəzərdə tutulub.
“Sentyabrda orada ulduz karnavalı olacaq – Şakira, Rianna, Cenifer Lopez qadınlar arasında futbol üzrə Dünya çempionatına gələcəklər”, - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, “Baku Crystal Hall”da voleybol, basketbol, həndbol üzrə maraqlı miqyaslı yarışlar keçirmək olar.
“Orada ortaya rinq quraşdıraraq peşəkarlar arasında boks üzrə Dünya çempionatı keçirmək mümkündür. “Baku Crystal Hall”da tennis turniri keçirmək, buz meydanı quraşdırmaq və nümunəvi çıxışlar üçün buz nağılı təşkil etmək olar”, - deyə A.Rəhimov bildirib.
Nazirin qeyd etdiyi kimi, hazırda “Baku Crystal Hall”ı inşa edən şirkət bu binanı Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verir.
“Lazım olanda “Baku Crystal Hall” üçün əlavə avadanlıq almaq olar. Əgər biz konsertlər barədə danışırıqsa, o zaman işıq və səs və s. lazımdır, Əgər idman yarışları üçündürsə (orada döçəməyə asfalt salınıb), o zaman xüsusi döşəmələr lazımdır. Basketbol, voleybol üçün bir, güləş üçün – başqa və s. lazımdır”, - deyə A.Rəhimov bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət