Azərbaycan əhalisinin 90%-dən çoxu İlham Əliyevi öz lideri hesab edir və o 2013-cü il prezident seçkilərində qəti qələbə qazanacaq. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı belə bəyan edib.
“Müstəqil tədqiqat mərkəzləri tərəfindən aparılan ayrıca sorğular, həmçinin Amerikanın “Gallup” sosioloji xidməti tərəfindən bir müddət əvvəl Azərbaycanda aparılan sorğuya görə ölkə seçicilərinin 90%-i prezident İlham Əliyevin apardığı hazırki siyasəti dəstəkləyir”, - deyə M.Qurbanlı “İnterfaks-Azrbaycan” agentliyinə bildirib. .
“Bu səbəbdən əminliklə bildirmək olar ki, 2013-cü ildə keçiriləcək prezident seçkisində iştirak edəcək seçicilərin böyük hissəsi öz səslərini hakim partiyadan olan namizəd, onun sədri İlham Əliyevə verəcəklər”, - deyə o əlavə edib.
Azərbaycan müxalifəti arasında prezident seçkilərinə onların tərəfindən vahid namizədin irəli sürülməsi imkanlarını müzakirələrini şərh edeərək M.Qurbanlı qeyd edib ki, bu ölkədəki vəziyyətə qətiyyən heç bir təsir göstərməz. “İstənilən cəmiyyətdə hökumətin fəaliyyətindən məmnun olmayan müəyyən zümrə var. Azərbaycanda da seçicilərin müəyyən hissəsi hakimiyyət orqanları tərəfindən həyata keçirilən siyasəti dəstəkləmir, hökumətin atdığı addımları tənqid edir. Apardığımız araşdırmalara görə, Azərbaycanda bu qəbildən olan seçicilər cəmi 5-7% təşkil edir. Başqa sözlə desək, bütün müxalifət, həm onun radikal hissəsi, həm də parlamentdə təmsil olunan digər qanadı, həm solçular, həm sağçılar, seçicilərin maksimum 7% səsinə ümid edə bilərlər. Bu faiz müxalifətin seçkilərdə vahid və ya bir neçə namizədlə iştirak edəcəyindən asılı olmayaraq dəyişməyəcək. Çünki bizi, yəni Yeni Azərbaycan Partiyasını müxalifətin seçkidə hansı şəkildə iştirak etməsi narahat etmir.
Azərbaycanda prezident seçkiləri 2013-cü ilin oktyabr ayında keçiriləcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət