Belarus Azərbaycana kooperasiya əlaqələrini inkişaf etdirmək və investisiya əməkdaşlığını fəallaşdırmağı təklif edir.
“Biz Azərbaycana yalnıq öz biznesimizlə gəlməyi deyil, həm də bizə gəlmək üçün şərait yaradırıq. Sizin dövlət və özəl biznesinizin gəlməsini salamlayırıq”, - deyə Belarusun baş nazirinin birinci müavini Vladimir Semaşko bazar ertəsi Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxışı zamanı bəyan edib.
O xatırladıb ki, Belarus Gömrük İttifaqı və Rusiya və Qazaxıstanla Vahid İqtisadi Məkanda (VİM) iştirak edir. “Əgər biznes Belarusa gələrsə, o Gömrük İttifaqının bütün bazarı ərazisində məhsullarını və xidmətlərini təklif edə bilər”, - deyə V.Semaşko vurğulayıb. O həmçinin qeyd edib ki, Belarusda biznesin aparılması üçün cəlbedici şərait yaradılıb.
Baş nazirinin birinci müavini qeyd edib ki, ötən il Minsk Azərbaycandan $12 mln. birbaşa investisiya cəlb edib. V.Semaşko vurğulayıb ki, bu rəqəmin az olmasına baxmayaraq 2010-cu ilin göstəricisindən yeddi dəfə çoxdur.
V.Semaşko bəyan edib ki, 2011-ci il ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafı üçün uğurlu olub. Onun sözlərinə görə, ticarət dövriyyəsi $1 mlrd.-ı ötüb. Lakin, baş nazirinin birinci müavini qeyd edib ki, ticarət dövriyyəsinin artımı (7 dəfə -İF) bir çox halda Azərbaycan neftinin Belarusun idxalı ilə şərtlənir. Bununla əlaqədar o, Belarusa lazımi zamanda münasibət bildirərək iqtisadiyyatını neft tədarükü ilə dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. “Lakin vəziyyət Belarus üçün yaxşı tərəfə dəyişib”, - deyə baş nazirinin birinci müavini əlavə edib ki, Azərbaycan neftinin tədarükü “hələlik dayandırılıb”.
Eyni zamanda V.Semaşko bildirib ki, neft tədarükünün dayandırılması səbəbindən yarımilliyin yekunlarına görə ümumilikdə iki ölkə arasında ticarət dövriyyəsinin azalmasına baxmayaraq digər məhsulların mövqeləri üzrə müsbət dinamika müşahidə edilir. “2012-ci ilin birinci yarısında ticarət dövriyyəsi azalıb, ümumilikdə - irəliləyiş var”, - deyə o təsdiq edib.
V.Semaşko əməkdaşlığın perspektiv istiqamətləri qismində Azərbaycanda Belarus kənd təsərrüfatı texnikasının istehsalı üzrə əməkdaşlığın genişlənməsini qeyd edib. Hazırda Gəncə avtomiobil zavodunda Belarus traktorlarının quraşdırılma istehsalı yaradılıb. V.Semaşko qeyd edib ki, “biz bu zavodda quraşdırıla biləcək 800 traktorun üzərində dayandıq”. Lakin, onun fikrincə, zavodda quraşdırılan texnikanın xəttini genişləndirmək məqsədəuyğun olardı. “Əgər ehtiyac olarsa, biz kənd təsərrüfatı texnikasını bütün növ istehsalını təşkil etməyə hazırıq”, - deyə V.Semaşko bildirib. O həmçinin Azərbaycanda Belarus avtobuslarının quraşdırılmasını təşkil etməyi təklif edib. Onun sözlərinə görə, Belarus o cümlədən Azərbaycana seysmik kəşfiyyat və neft hasilatı sahəsində öz təcrübəsini, avadanlığını və texnologiyalarını təklif edə bilər.
Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov öz növbəsində bəyan edib ki, Belarus əməkdaşlıq üçün prioritet ölkədir. Onun sözlərinə görə, tərəflər ikitərəfli əməkaşlığın genişlənməsi üçün yollar axtarmalıdır. “Rəhbərlərimizin əməkdaşlıq üçün siyasi iradələri mövcuddur. Bu işimizi hər iki tərəfə xeyir gətirməsi üçün təşkil etməyə imkan yaradır”, - deyə Y.Eyyubov bildirib. O həmçinin Belarus tərəfinin texnika, o cümlədən avtobus istehsalı sahəsində kooperasiyani inkişaf etdirmək barədə təkliflərini düzgün adlandırırb. O bildirib ki, “bu bizə də (Azərbaycana - İF) çox lazımdır”.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət