Transxəzər qaz kəməri layihəsinə dair danışıqlara başlayan tərəflər Xəzər regionunun bütün ölkləri ilə məsləhətləşməlidirlər. Rusiyanın Aİ-də daimi nümayəndəsi Vladimir Çijov belə hesab edir.
V.Çijov “İnterfaks” agentliyinə müsahibəsində qeyd edib ki, 2007-ci ildə Tehranda keçirilən İkinci Xəzər sammitinin siyasi öhdəlik qərarı Xəzər hövzəsinin istifadəsinə dair bütün iri qərarlar üzrə beş Xəzəryanı ölkənin vacib konsensusunu nəzərdə tutur.
“Bəli, bu hüquqi deyil, siyasi öhdəlikdir, lakin buna beş prezident imza atlb. Bu səbəbdən, biz həmin qərara əsaslanaraq bildiririk ki, Transxəzər qaz kəmərinə dair konkret qərarlar qəbul edildikdən öncə layihənin reallaşmasında maraqlı ölkələr “Xəzər beşliyi”nin digər iştirakçıları ilə məsləhətləşmələr prosesinə daxil və bu məsələ ilə birgə məşgul olacaqlar”, - deyə diplomat məlumat verib.
Onun sözlərinə görə, “hazırki mərhələdə layihənin hüquqi əsasının razılaşdırılması danışıqlar mövzusudur”.
“Hələlik söhbət işin ticari tərəfindən getmir, çünki bu növ hər bir layihə konsorsium yaradılmasını, pul ayrılmasını və s. tələb edir. Hüquqi əsas olmadan pulu heç kəs ayırmaz. Lyihənin hüquqi bazası, fikrimizcə zəifdir”, - deyə V.Çijov bildirib.
O dəqiqləşdirib ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən BMT-nin Dəniz hüququ üzrə konvensiyası Xəzər dənizinə aid edimir. Konvensiya, Xəzərin hüquqi statusuna dair danışıqlar isə bu dənizə çıxışı olan beş ölkə arasında uzun illərdir aparılır.
“Mən hüquqidən başqa ekoloji aspektləri də qeyd etmək istərdim. Layinənin iqtisadiyyatını və onun resusr təminatını qırağa qoyuram. Ekoloji nöqtyeyi-nəzərdən – Xəzər dənizi planetin kifayət qədər zəif rayonudur. “Şimal axını”nın tikintisi barədə məsələ həll olunarkən Baltik dənizi regionu üzrə qonşularımızın necə iradcı olduqlarını yaxşı xatırlayırıq. Bu rayonda yüzlərlə müxtəlif növ ekspertiza aparılıb. Baxmayaraq ki, seysmik nöqteyi-nəzərindən dünyada Baltik dənizi Xəzər dənizindən daha sakit regiondur”, - deyə Rusiyanın Aİ-də daimi nümayəndəsi izah edib.
“Biz Bakıda deyilənləri duyduq. Aşqabadda deyilənləri də eşitdik. Lakin Tehranda nə dediklərini və nə düşündüklərini bilmirik. İran da digərləri kimi Xəzəryanı ölkədir. Bunu unutmaq olmaz”, - deyə V.Çijov vurğulayıb.
V.Çijovun müsahibəsi http://www.interfax.ru/ saytında dərc olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət