Azərbaycan və Macarıstan kənd təsərrüfatı, tikinti, enerji, İKT, turizm, səhiyyə və maliyyə sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensiala malikdirlər. Bu barədə Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
“Hazırda Azərbaycanda Macarıstan kapitallı 4 şirkət fəaliyyət göstərir. 2011-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 2,6 dəfə artıb. Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın daha da inkişafı üçün Azərbaycan və Macarıstan arasında siyasi, hüquqi və iqtisadi zəmin mövcuddur”, - deyə Ş.Mustafayev bazar ertəsi Budapeştdə keçirilən Macarıstan-Azərbaycan biznes forumunda qeyd edib.
Forumda çıxış edən nazir əlavə edib ki, Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb.
Ş.Mustafayev həmçinin Macarıstan şirkətlərini Azərbaycanda sənaye parklarının yaradılması məsələsində fəal əməkdaşlığa dəvət edib.
Forumun yekunları üzrə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Macarıstanın İşəgötürənlər və Sənayeçilər Konfederasiyası, Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi və Macarıstan Gənc Sahibkarlar Assosiasiyası niyyət memorandumları imzalayıblar.
Bundan başqa, Macarıstanın “Hartong-Malt KFT” şirkəti ilə Azərbaycanın “Prestij-Naxçıvan Pivəsi” şirkəti arasında pivə istehsalı üçün xammal təchizatına dair müqavilə imzalayıblar.
Ümumilikdə, biznes forumda 130-dək Azərbaycan və Macarıstanın iş adamları iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət