Azəri-Çıraq-Günəşli yataqlar blokundan neft hasilatının həcminin azalması layihənin operatoru olan bp şirkətinin fəaliyyətində yol verdiyi nöqsanların nəticəsidir. Azərbaycan Prerzidenti İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında belə bildirib.
“ 2012-ci ilin 9 ayı ərzində respublikada sənaye istehsalı3,5% azalıb, lakin qeyri- neft sənayesi istehsalı 7,7 % artıb.Bu sevindirici haldır və böyük nailiyyətdir.Ancaq neft sənayesində əhəmiyyətli azalma müşahidə olunur və bu bizi narahat edir.Bu vəziiyyət birbaşa neft hasılatının azalması ilə əlaqədardır”,- deyə İ.Əliyev vurğulayıb.Bu barədə rəsmi KİV məlumat yaıb.
Onun sözlərinə görə, AÇG blokunda neft hasılatı ilə məşğul olan ABƏŞ konsorsiumu kobud səhvlərə yol verib. Bunun nəticəsində AŞG blokundan neft hasilatı kəskin şəkildə azalmağa başlayıb.
İ.Əliyev əlavə edib ki, söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir ”,- deyə dövlət başçısı əlavə edib.
Dövlət başçısı qeyd edib ki, AÇG blokunun işlənməsi müqaviləsi pay bölgüsü əsasında imzalanıb. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 % xaricilərin xeyrinə.Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlayıb – əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq “Azəri”, “Çıraq” neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq, bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişib və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 % təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75%-i Azərbaycanın payına düşür Məhz bundan sonra AŞG blokunda neft hasilatı azalmağa başlayıb”, -deyə Prezident vurğulayıb.
Prezident fikrini konkret rəqəmlərlə bildirib. 2009-cu ildə “Azəri”, “Çıraq” yataqlarında bizə verilən hasilat proqnozu 46,8 mln. ton idi. Faktiki isə 40,3 mln. ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 mln.ton idi, fakt 40,6 mln.ton olub. 2011-ci ildə proqnoz 40,2 mln. idi, real hasilat isə 36 mln.
2012-ci ildə verilmiş proqnoz 35,6 mln. tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp “Azəri”, “Çıraq” yataqlarından 33 mln. tondan artıq neft hasil edə bilməyəcək.
“Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini $100 r səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri $8,1 mlrd.-dır .
Prezident “Azəri”, “Çıraq” neft yataqlarına böyük investisiyalar qoyulduğunu vurğulayıb: “Biz buna görə bütün investorlara minnətdarıq.Lakin bu xeyriyyəçilik funksiyaları daşımırdı, bu sırf biznes layihədir”,- deyə o qeyd edib.
İ.Əliyev bildirib ki, “Azəri”, “Çıraq” neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulub. Bu günə qədər konsorsium 73 milyard gəlir götürüb. Yəni, böyük mənfəət əldə edilib.
“Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, bu tənəzzül sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olub. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir”,- deyə dövlət başçısı bəyan edib.
“Keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdi ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaq. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyil.Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq SOCAR şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün”,- deyə İ.Əliyev bildirib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.
“Çıraq” yatağından 1997-ci ilin noyabr ayından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprel ayının əvvəlindən neft hasilatına başlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət