“SOCAR Energy Georgia” şirkəti (SOCAR-ın törəmə strukturu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2012-ci ilin 9 ayı ərzində Gürcüstana 490 mln. 590 min kubmetr kommersiya təyinatlı qaz idxal edib. Bu barədə SOCAR-dan məlumat verilib.
“Bundan başqa, hesabat dövründə “SOCAR Energy Georgia” Gürcüstana 839 mln. 248 min kubmetr həcmdə sosial təyinatlı təbii Azərbaycan qazı idxal edib”, - deyə məlumatda qeyd edilir.
Həmçinin 2012-ci ilin yanvar-sentyabr ayları ərzində “SOCAR Energy Georgia” Gürcüstan bazarında 95 min 109 ton benzin, 193 min 92 ton dizel yanacağı, 11 min 98 ton bitum və 9 min 316 ton maye qaz (LPG) realizə edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsüdür. Qaz tədarükü SOCAR tərəfindən yataqlarından hasil edilən qaz həcmlərindən həyata keçirir. Bundan başqa, Gürcüstan sutkalıq “Şahdəniz” yatağından Cənubi Qafqaz qaz kəməri vasitəsilə 1 mln. kubmetr qaz alır.
Xəbər verildiyi, SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycan qazının Gürcüstana idxalı barədə beş illik müqavilə 2008-ci ilin 14 noyabr tarixində imzalanıb. Müqaviləyə görə, Azərbaycan tərəfi yaxın beş ildə Gürcüstanın əhalisini və İES-i təmin etmək üçün aldığı qazın qiymətini qaldırmamaq barədə öhdəlik götürüb. Xüsusilə, əhaliyə satılan Azərbaycan qazının 1 min kubmetrinin qiyməti $167, İES üçün isə $143 təşkil edir.
SOCAR Gürcüstana qazın güzəştli qiymətə satılması müqabilində bu respublikanın idxal etdiyi qazın bütün həcmini idarə etmək hüququ əldə edir.
2012-ci ilin yanvar-sentyabr ayları ərzində “SOCAR Energy Georgia” MMC tərəfindən Gürcüstana 490 milyon 590 min kubmetr kommersiya təyinatlı, 839 milyon 248 min kubmetr sosial təyinatlı təbii qaz idxal edilmiş və satışı həyata keçirilmişdir. Qonşu ölkə ərazisində 95 min 109 ton benzin, 193 min 92 ton dizel yanacağı, 11 min 98 ton bitum və 9 min 316 ton maye qaz (LPG) realizə edilmişdir2012-ci ilin yanvar-sentyabr ayları ərzində “SOCAR Energy Georgia” MMC tərəfindən Gürcüstana 490 milyon 590 min kubmetr kommersiya təyinatlı, 839 milyon 248 min kubmetr sosial təyinatlı təbii qaz idxal edilmiş və satışı həyata keçirilmişdir. Qonşu ölkə ərazisində 95 min 109 ton benzin, 193 min 92 ton dizel yanacağı, 11 min 98 ton bitum və 9 min 316 ton maye qaz (LPG) realizə edilmişdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət