Azərbaycan xalqı növbəti beş ildə də indiki dövlət başçısı İlham Əliyevi öz prezidenti olaraq görür. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə belə söyləyib.
“Azərbaycan uğurla inkişaf edir, həyat dəyişir, qarşımızda yeni öhdəliklər və tapşırıqlar dayanır.Bir neçə gündən sonra 2013-cü il- prezident seçkiləri ili başalayacaq. Heydər Əliyevin ideyalarına sadiq olan Azərbaycan xalqı gələcəyi İlham Əliyevin adıyla bağlayır və növbəti 5 ildə də onu ölkə prezidenti görmək istəyir”,- deyə Ə.Əhmədov hakim partiyanın gənclər qanadı tərəfrindən təşkil edilmiş tədbirdə qeyd edib.
Onun sözlərinə görə , hər bir azərbaycanlı ailə ölkənin gələcəyini İlham Əliyevin adıyla bağlayır.
O qeyd edib ki, Heydər Əliyev ideyalarına sadiq ilan Azərbaycan gəncliyi də indiki dövlət başçısını növbəti 5 ildə ölkə prezidenti görmək istəyir.
“Azərbaycan gəncləri öz siyasi gələcəyini Heydər Əliyev ideyalarının həyata keçirməkdə və onun yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarında görür”,- deyə o qeyd edib.
Ə.Əhmədov bildirib ki, YAP Azərbaycan vətəndaşlarının ən inandığı partiyadır
“Hazırda 600 minə yaxın insan Yeni Azərbaycan Partiyasının sıralarına daxildir.Əminəm ki, bir neçə aydan sonra partiya üzvlərinin sayı 600 minə çatacaq. Bu böyük bir ordudur, bu Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına dərin inamının göstəricisidir”,- deyə Ə.Əhmədov qeyd edib.
“ Hər il 25-30 min nəfər YAP sıralarına daxil olur və onların 50%-dən çoxunu gənclər təşkil edir”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan gəncliyi indiki dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyir.
Ə.Əhmədov ölkə gənclərini 2013-cü ildə keçiriləcək prerzident seçkilərində yüksək ictimai – siyasi aktivlik göstərməyə və İlham Əliyevə səs verməyə çağırıb.
“Əminəm ki, H.Əliyev ideyalarına sadiq olan Azərbaycan gəncliyi Azərbaycanın gələcək inkişafı və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə səs verərək düzgün seçim edəcək”,- deyə YAP-ın sədr müavini vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət