Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 7-dən 9-na qədər Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Serbiyanın Bakıdakı səfiri Zoran Vayoviç məlumat verib.
“2013-cü ildə Serbiya -Azərbaycan ikitərəfli münasibətlərində Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin fevralın 7-9 da Azərbaycan Respublikasına rəsmi səfəri ən mühüm hadisə olacaq .Bu Serbiyanın indiki prezidentinin Azərbaycana ilk rəsmi səfəridir”,- deyə səfir çərşənbə axşamı Bakıda “İnterfaks- Azərbaycan” agentliyində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq haqqında dörd sənədin, o cümlədən Azərbaycan və Serbiya prezidentləri tərfindən dostluq və strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması gözlənilir. “Səfər çərçivəsində Serbiya əsilli Amerika alimi, dahi fizik və ixtiraçı Nikolo Teslanın Bakının mərkəzi parklarının birində qoyulmuş abidəsinin və tanınmış Yuqoslaviya yazıçısı və diplomatı İvo Andriçin xatirəsinə həsr edilmiş “İvo Andriç- yazıçı və ya diplomat” adlı sərginin açılışı planlaşdırılır.Sərgi Belqrad Şəhər Muzeyi və Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə təşkil olunacaq”,- deyə Z.Vayoviç bildirib.
“Hazırda Azərbaycanla Serbiya arasında münasibətlərin hüquqi bazasını 21 beynəlxalq saziş təşkil edir. Ötən il bu hüquqi baza iki yeni sənədlə - iqtisadi-texnoloji əməkdaşlığa dair, həmçinin Azərbaycanın Serbiya hökumətinə Liq-Prelina magistralının “11-ci dəhliz” hissəsinin tikintisinə 308 milyon avro kredit ayırmasına dair sazişlərlə zənginləşib. Hazırda hüquq-mühafizə orqanları arasında, elm və texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutan layihələr üzərində aktiv iş davam edir”,- deyə diplomat vurğulayıb.
“Serbiya və Azərbaycan beynəlxal arenada bir –birlərini dəstəkləyirlər. Hər iki ölkənin beynəlxalq hüququn ərazi bütövlüyü və dövlətlərin suverenliyi kimi prinsiplərinin aliliyi məsələsində prinsipial mövqeyi dəyişməz qalır”-deyə səfir qedy edib.
Z.Vayoviç qeyd edib ki,fəal şəkildə aparılan Serbiya-Azərbaycan dialoqunun və Ticari- iqtisadi əməkdaşlıq üzrə Serbiya- Azərbaycan hökumətlərarası komissiyasının yüksək səviyyədə təşkil olunmuş işinin nəticəsi olaraq ölkələrin işgüzar dairələri səviyyəsində əlaqələrində artım müşahidə olunur. Ikitərəfli mal dövriyyəsində müsbət dinamika nəzərə çarpır. 2012-ci ildə iki ölkə arasında mal dövriyyəsi $35 mln. təşkil edib.
İki ölkənin humanitar əməkdaşlığından bəhs edən səfir qedy edib ki, ötən il təhsil sahəsində iki ölkənin universitetləri arasında tələbə və müəllim-professor heyəti mübadiləsinə dair sənəd imzalanıb.Bakıda Diplomatiya Akademiyaların 40-cı forumunda iki dövlətin Diplomatiya Akademiyaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.2013-cü ildə bu cür görüş formatları Avstriya( Vyana) və Serbiya ( Belqrad) arasında da baş tutacaq.
“2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Belqraddakı “Bayraqlı Cami”nin və Novıy Sad şəhərində “Müqəddəs Petka” kilsəsinin yenidənqurma və bərpa işlərindən sonrakı açılış mərasimlərində iştirak etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin, eləcə də Azərbaycan və Bakı arxiyepiskopu Aleksandrın Serbiyaya səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından əlamətdar hadisə oldu.Din xadimləri arasında fəal dialoq yaranıb ki, bu da dözümlülük və tolerantlıq prinsiplərini əsas götürən dinlərəarası əməkdaşlıq atmosferinin yaranmasına kömək etmiş oldu”,- deyə Z.Vayoviç bildirib.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət