Müstəqillik illəri ərzində Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası, ədəbi mühiti vahid elmi konsepsiya ilə öyrənilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov Naxçıvanşünaslıq Mərkəzinin yeni binasının açılışında bəyan edib.
“89 il öncə yaradılan Naxçıvan Muxtar Respublikası mühüm tarixi missiyası həyata keçirib. Onlardan biri Muxtar Respubklikya aid torpaqların müdafiəsi, bununla yanaşı Azərbaycan türkləri tərəfindən bu ərazidə min illər ərzində yaradılan zəngin maddi və milli dəyərlərdir. Əgər bu dəyərlər qorunmasaydı, indi biz nə Naxçıvanın qədim tarixi, nə də onun müasir və ən yeni tarixi barədə danışa bilməzdik”, - deyə V.Talıbov qeyd edib.
Ali Məclisin sədri bildirib ki, Naxçıvanşünaslığın elmi istiqamət kimi öyrənilməsinə 1996-cı ildən başlanılıb. Həmin il keçirilən “Naxçıvan millətlərrası mənbələrdə”
adlı beynəlxalq simpozium Naxçıvanşünaslığın öyrənilməsində yeni mərhələ oldu. Onun sözlərinə görə, ötən dövr ərzində müxtəlif dövrlərin, xüsusilə Naxçıvan tarixinin qədim tarixinin öyrənilməsinə dair 50-dən artıq beynəlxalq elmi forum keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisində 800-dən artıq yeni tarixi abidə tapılaraq tədqiq olunub, ümumilikdə 1200-dən artıq tarix və mədəniyyət abidəsi pasportlaşdırılaraq dövri və tipoloji mənsubiyyəti müəyyənləşdirilib. Bundan başqa, elmi tədqiqatların gündəliyinə öncə qadağan edilən Nuh Peyğəmbərin Naxçıvanla əlaqələri çıxarılıb, daşlarda qədim yazılar, məskun yerləri, beş min illik tarixə malik olan Naxçıvan şəhər mədəniyyəti araşdırılıb.
V.Talıbov qeyd edib ki, əgər 70 illik Sovet dövrü ərzində Naxçıvanın tarixinə dair ziddiyyət məzmunlu 50-yə yaxın kitab və kitabça hazırlanıbsa, o zaman 1996-cı ildən etibarən Naxçıvanşünaslığa dair 1 mindən artıq monoqrafiya, kitab, elmi məqalə, dərslik və tədris vəsaiti dərc edilib.
O vurğulayıb ki, bu materialların, sənədli filmlərin, elktron daşıyıcıların qorunması, öyrənilməsi və təbliğatı Naxçıvanşünaslıq Mərkəzinin yaradılmasını zəruri edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2011-ci il 17 fevral tarixli sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradılıb.
“Biz Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyətinə ciddi tələblər təqdim edirik. Mərkəz əsasnaməzində duran vəzifələri yerinə yetirməli, Azərbaycanın tarixinin öyərinlməsinə töhfə verməli, fəaliyyətini mədəni və elmi idarələrlə, o cümlədən AMEA Naxçıvan bölməsi ilə qarşılıqlı əməkdaşlıq əsasında qurmalıdır”, - deyə V.Talıbov bildirib.
O Mərkəzə Polşada hazırlanan Naxçıvanın tarixi abidələri əks olunan qiymətli metallardan hazırlanan xatirə medalları bağışlayıb.
Mərkəzin üçmərtəbəli binasında iş üçün bütün müasir şərait yaradılıb. Kitabxana və arxivdə elektron kataloqlar, elektron oxu zalı yaradılıb. Mərkəzin üç dildə fəaliyyət göstərən www.e-merkez.alimeclis.az saytı hazırlanıb, arxivdə qabaqcıl ölkələrdə istifadə olunan səyyar rəflər quraşdırılıb.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət