Türkiyə prezidenti Abdulla Gülün Serj Sarksyanı prezident seçilməsi münasibəti ilə təbrik etməsi bizdə dərin təəssüf hissi yaradır. Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı parlamentin cümə günü keçirilən iclasında belə söyləyib.
“Düzdür, Vladimir Putin də (RF prezidenti-İF-Az) Serj Sarkisyanı təbrik edib, amma biz Rusiya prezidentinə təsir göstərə bilmərik, çünki Ermənistan Rusiyanın Qafqazdakı əməliyyat meydanıdır.Lakin Türkiyə prezidentinin Ermənistan prezidentini təbrik edən üçüncü şəxs olması faktı anlaşılmazlıq yaradır”,- deyə M.Qurbanlı qeyd edib.
Bununla yanaşı, o söyləyib ki, Ermənistanda keçirilən prezident seçkiləri saxtakarlıqla müşayət olunub.
“Ermənistanda prezident seçkilərində qanun pozuntularına və saxtakarlıqlara yol verilib.Əminəm ki, bizim deputatlarımız beynəlxalq təşkilatlarda müntəzəm olaraq bu məsələni qaldıracaqlar”,- deyə o vurğulayıb.
Milli Məclisin spikeri Oqtay Əsdov bu məsələni şərh edərkən söyləyib ki, A.Gülün təbrik məsələsini çox qabartmaq lazım deyil.
“A.Gülün S.sarksyanı təbrik etməsi bizi incitdi, ağrıtdı. Ancaq bunun üzərinə çox getmək lazım deyil”,- deyən O.Əsədov deputatları emosiyalara uymamağa çağırıb.
Onun fikrincə bu məsələyə tamamilə başqa nəzər nöqtəsindən yanaşmaq lazımdır
“Türkiyə Azərbaycanın əsas tərəfdaşı, müttəfiqidir. Buna görə də bu ölkənin ünvanına təhqiramiz sözlər işlətmək yolverilməzdir”,- deyə o vurğulayıb.
Spikereyni zamanda beynəlxalq təşkilatları Azərbaycan və Ermənistana qarşı ikili standartlar tətbiq etməklə ittiham edib.
“Biz seçkiləri, o cümlədən beynəlxalq təşkilatların seçkiləri necə qiymətləndirməsini diqqətlə izlədik .Onlar seçkilqabağı namizədlərdən birinin vurulmasına dair bir kəlmə də danışmadılar.Ermənistanda bundan əvvəlki prezident seçkilərindən qabaq insanlar öldürülmüşdülər, bu dəfə isə zərərçəkən sui-qəsd zamanı həlak olmadı, görünür buna görə beynəlxalq təşkilatlar indiki seçkiləri müsbət qiymətləndirdilər”,- O.Əsədov əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistandakı seçici siyahılarının saxtalaşdırılması faktlarına da göz yumublar.
“Biz bilirik ki, Ermənistanda 2 milyon əhali yoxdur, qeydiyyatdan 2 milyon 500 min insan keçib.Bununla belə beynəlxalq təçkilatlar bu siyahını təısdiqləyiblər.Ermənistanın özünün apardığı statistikaya əsasən hər il 100-150 min insan ölkəni tərk edir.Amma beynəlxalq təşkilatlar buna göz yumurlar”,- deyə Milli Məclisin spikeri bilıdirib.
Onun fikrincə, bütün bu faktlar ikili standartların mövcudluğuna dəlalət edir.
“Belə bir təəssürat yaranır ki, hamı bizi diqqətlə izləyir və bizə qarşı ikili standartlar tətbiq edilir.Ermənistan isə istədiyini edir.Bizi çox diqqətlə izləyirlər,buna görə biz hamıya bütün bunlardan çox yüksəkdə durduğumuzu sübut etməliyik”,-deyə spiker qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət