Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASTMK) özəl sektorla parlament və hökumət üzvləri arasında Rəqabət Məcəlləsi layihəsi üzrə müzakirələr təşkil edib.Bu barədə ASTMK-nın məlumatında bildirilir.
ASTMK prezidenti Məmməd Musayev qeyd edib ki, Rəqabət Məcəlləsi regionların iqtisadi potensialından tam və səmərəli istifadə etmək, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və balanslaşdırılmış iqtisadi inkişafın təmin edilməsi nöqteyi- nəzərindən mühüm əhəmiyyət daşıyır.
O sahibkarlarla bu cür müzakirələrin ilk dəfə keçirilməsi faktına diqqət çəkərək söyləyib ki, “konfederasiya gələcəkdə də belə müzakirələrin aparılmasında maraqlıdır”
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev ölkədaxili istehsala təkan verilməsi baxımından bu sənədin qəbul edilməsinin vacibliyini vurğulayaraq bildirib ki, sənəd istehlakçıların hüquqlarının müdafiəsinə və müəssisələrin rəqabət qabiliyyəıtinin formalaşmasına xidmət edəcək.
İştirakçılar beynəlxalq təcrübə nəzərə alınmaqla layihə üzrə bir sıra təkliflər irəli sürüblər.
Deputatlar Xanhüseyn Kazımlı, Vahid Əhmədov, Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının direktoru Jalə Hacıyeva, ölkəınin bir sıra aparıcı müəssisələrinin rəhbərləri sənədin bir neçə maddəsinə dəyişiklik edilməsinin vacibliyini qeyd ediblər.Onlar şirkətlərin bazarın 35%dən çoxuna nəzarət etməsinin yolverilməz hesab etdiklərini dilə gətiriblər.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, iştirakçıların fikirləri sənəd hazırlanarkən nəzərə alınacaq.
Xəbər verildiyi kimi, parlamentin 2007-ci il dekabrın 14-də keçirilən iclasında İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış Rəqabət Məcəlləsi layihəsi ikinci oxunuşda qəbul edilib.Lakin, sonra nazirlik layihəni təkmilləşdirmək qərarına gəlib. Parlamentin yaz sessiyasında qanun layihəsinin üçüncü, yekun oxunuşda qəbul edilməsi gözlənilir.
ASTMK 1999-cu ilin martında təsis edilib.Hazırda 3,6 mindən artıq şirkət və 40-a qədər müxtəlif sahibkarlar birliyi təşkilatın üzvüdür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət