Bakıda keçirilən “Türk dünyasını işıqlandıranlar: Mehmet Akif Ersoy, Hüseyn Cavid” mövzusunda beynəlxalq konfrans çərçivəsində Qafqaz Universiteti və Türkiyə Bələdiyyələr Birliyi arasında saziş imzalanıb. Bu barədə Qafqaz Universitetindən məlumat verilib.
Sənəd Türkiyə Bələdiyyələr Birliyi sədrinin müavini Lokman Çağrıcı və Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıc tərəfindən imzalanıb.
Saziş çərçivəsində Qafqaz Universiteti və Türkiyə tərəfi kimya, riyaziyyat, tarix və digər sahələrdə elmi araşdırmalar aparacaq, tarix, ədəbiyyat və incəsənət, o cümlədən müxtəlif tarixi dövrləri əhatə edən türk poeziyasına dair birgə nəşrlər buraxacaqlar.
Saziş gənc müəllimlərin elmi ixtisasının artırılmasını, müəllim və tələbə heyətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə birgə forumların keçirilməsini nəzərdə tutur.
“Türk dünyasını işıqlandıranlar:Mehmet Akif Ersoy, Hüseyn Cavid” adlı beynəlxalq konfransda dünyanın 12 ölkəsindən, o cümlədən Misir, Rusiya, Serbiya, Makedoniya, Özbəkistan və Qırğızıstandan 100-dən çox alim iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət