Milli Məclis cümə günü plenar iclasda 2012-ci il dövlət büdcəsinin 134 mln. 931,421 min manat və ya ÜDM-in 0,3%-i səviyyəsində kəsirlə icrasını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin iclasda iştirak edən müxbiri məlumat verib.
2012-ci ildə dövlət büdcəsinin gəlirləri 17 mlrd. 281 mln. 521,568 min manat, xərcləri 17 mlrd. 416 mln. 452,989 min manat təşkil edib.
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, hesabat ilində gəlirlər üzrə plan 101,4%, xərclər üzrə plan 98,6% icra olunub.
2011-ci ilin göstəricisi ilə müqayisədə büdcə gəlirləri 10,1%, xərcləri 13,1% artıb.
S.Şərifov vurğulayıb ki, 2012-ci ildə büdcə gəlirləri strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 mlrd. 26 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə – 1 mlrd. 208 mln. manat, Dövlət Neft Fondundan transfertlər 9 mlrd. 905 mln. manat təşkil edib. Qalan məbləğ digər gəlirlərin payına düşüb.
Nazir qeyd edib ki, hesabat ilində xərclər strukturunda 9 mlrd. 278 mln. manat cari, 7 mlrd. 926 mln. manat əsaslı borcların, 213 mln. manat daxili və xarici borcun ödənilməsinin payına düşüb.
S.Şərifov vurğulayıb ki, 2012-ci ildə müdafiəyə ayrılan xərclər 2 mlrd. 899 mln. manat təşkil edib, bu isə 2011-ci ilin göstəricisindən 8,8% çoxdur.
Hesabat ilində dövlət büdcəsinin sosial xərcləri 4 mlrd. 740 mln. manat təşkil edib və 2011-ci illə müqayisədə 9,2% artıb. 2012-ci ilin yekunları üzrə bu cür xərclərin xüsusi çəkisi 27,2% təşkil edib.
Nazir qeyd edib ki, ötən il dövlət kapital qoyuluşları 1 mlrd. 450,9 mln. manat təşkil edib. 2012-ci ildə Dövlət Neft Fondunun vəsaitlərindən infrastrukturun yaxşılaşdırılması və sosial layihələrin maliyyələşdirilməsinə 639 mln. manat ayrılıb. Bundan başqa, hesabat ilində Azərbaycan hökuməti infrastruktur və sosial layihələrin maliyyələşdirilməsinə 1 mlrd. manata yaxın xarici kredit cəlb edib.
S.Şərifov vurğulayıb ki, 2012-ci ildə dövlət büdcəsində Azərbaycan Prezidentinin Ehtiyat Fondundan xərclər 300 mln. manat, dövlət büdcəsinin Ehtiyat Fondundan 838 mln. manat təşkil edib. 120 mln. manat 2012-ci ilin may ayında Azərbaycanın şimal-qərb rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına yönəldilib.
Ötən il kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinə dövlət büdcəsindən 473 mln. manat, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı çərçivəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin həyata keçirilməsinə 112 mln. manat ayrılıb. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) maliyyələşdirilməsinə dövlət büdcəsindən 90 mln. manat ayrılıb.
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin gəlirləri 17 mlrd. 38 mln. manat, xərcləri 17 mlrd. 672 mln. manat həcmində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 634 mln. manat və ya ÜDM-in təxminən 1,3%-i səviyyəsində proqnozlaşdırılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət