2013-cü ilin I yarısında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2 mlrd. 985 mln. 70,374 min manat təşkil edib, bu isə ötən ilin analoji dövürnün göstəricisindən 48,07% azdır. Bu barədə birjanın məlumatında deyilir.
Ümumi dövriyyədən 86% əqd dövlət qiymətli kağızlarının payına düşür. Onların həcmi 2 mlrd. 574 mln. 921,442 min manat (azalma 53,95%), korporativ sektorda əqdlər 410 mln. 148,931 min manat (artım 2,6 dəfə) təşkil edib.
Bununla yanaşı, cari ilin yanvar-iyun ayları ərzində dövlət qiymətli kağızları üzrə 323 əqd, korporativ kağızlar üzrə 2 317 əqd həyata keçirilib.
Yanvar-iyun aylarında Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının ilkin bazarda yerləşdirilmə həcmi 46 mln. 627,77 min manat (artım 30,41%), təkrar bazarda 8 mln. 933,627 min manat (artım 6,7 dəfə) təşkil edib.
Hesabat dövründə ilkin bazarda Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilmə həcmi 179 mln. 933,454 min manat (azalma 70,22%), təkrar bazarda 43 mln. 955,612 min manat (artım 3,5 dəfə) təşkil edib. Repo əməliyyatları 2 mlrd. 295 mln. 470,977 min manat (azalma 53,52%) təşkil edib.
Cari ilin yanvar-iyun aylarında ilkin bazarda yerləşdirilən korporativ istiqrazların həcmi 62 mln. 905,276 min manat (artım 1,9 dəfə), təkrar bazarda 170 mln. 682,297 min manat (artım 2 dəfə) təşkil edib.
2013-cü ilin I yarısında birja meydançasında 171 mln. 970,589 min manat (artım 4,8 dəfə), təkrar bazarda 4 mln. 590,768 min manat məbləğində səhm (azalma 3,98%) yerləşdirilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət