ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik Qarabağ münaqişəsinin nizamlanmasında tezliklə nəticə əldə etmək niyyətindədir.
“Nəzərə alsaq ki, 20 il vaxt keçib, əzab-əziyyət və nifrətə son qoymağın vaxtı çatıb”, - deyə C.Uorlik çərşənbə axşamı Bakıda keçirdiyi brifinqdə söyləyib.
O hesab edir ki, davamlı sülhə nail olmaq üçün hər iki tərəfin cəsarətli addımlar atmasının və bir-birinə güzəştə getməsinin vaxtıdır. Münaqişə tərəflərinin Helsinki Yekun Aktının müddəalarına əsaslanaraq birlikdə müsbət addımlar atması lazımdır.
Diplomat qeyd edib ki, onun səfər proqramında Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşlər, eləcə də Dağlıq Qarabağa səfər nəzərdə tutulub. Səfir Dağlıq Qarabağa səfəri çərçivəsində münaqişəyə dair mümkün qədər çox məlumat toplamağı və bu məsələ ilə bağlı müxtəlif rəylərlə tanış olmağı planlaşdırır.
“Regionuin inkişafı və gələcək tərəqqisinin təmin edilməsi məqsədi ilə uzunmüddətli sülhə nail olmaq üçün ATƏT-in Minsk Qrupu, Azərbaycan və Ermənistan rəhbərliyi, eləcə də digər region ölkələrinin birgə səy göstərməsi və addım atmasının vaxtı çatıb. Və bu uzunmüddətli sülhə nail olmaq üçün iki ölkə rəhbərliyinin və xalqlarının siyasi iradə və cəsarətli addımlar nümayiş etdirməsi vacibdir”, - deyə C.Uorlik bildirib.
Amerikalı həmsədr “müvəqqəti barışığa dair sazişin imzalanmasının 20 illiyi ərəfəsində” davamlı sülhə nail olmaq üçün birgə axtarışlar aparılmasının və yollar tapılmasının vacibliyini vurğulayıb.
“Hazırda mənim əsas vəzifəm bütün münaqişə tərəflərini dinləmək və onlardan məlumat almaqdır, eyni zamanda geriyə, keçmişə boylanmamaq, bütün diqqəti gələcəyə yönəltmək, gələcəyə baxmaq, beləliklə, münaqişənin praktiki nizamlanmasına nail olmaq lazımdır”, - deyə C.Uorlik bildirib.
Səfir qeyd edib ki, o, ABŞ dövlət katibi Con Kerrinin tapşırığı ilə Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına kömək etmək niyyətindədir.
“ABŞ dövlət katibi Con Kerri əmindir ki, regionda sülh və sabitliyin təmin edilməsi məqsədi ilə münaqişənin uzunmüddətli həlli vaxtı gəlib çatıb. Əminəm ki, münaqişənin həlli vaxtı yetişib və bütün tərəflər anlayırlar ki, münaqişənin nizamlanması və uzunmüddətli sülhə nail olunması onların maraqlarına cavab verir”, - deyə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət