MDB müşahidə missiyası qərargahının nümayəndələri və baş prokurorun birinci müavini Rüstəm Usubov arasında keçirilən görüşdə Azərbaycanda prezident seçkilərinin təşkili və keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə qərargahın məlumatında deyilir.
Cümə günü baş tutmuş görüşdə R.Usubov müşahidəçilərə bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq prokurorluq orqanları seçki prosesində qanun pozuntuları ilə bağlı daxil olan müraciətlərə operativ şəkildə baxılması üçün lazımi tədbirlər görür. Belə ki, Baş Prokurorluq yanında daxil olan şikayət və ərizələrin yoxlanılması üzrə xüsusi işçi qrup yaradılıb və bu günə qədər bura biri anonim olmaqla beş müraciət daxil olub.
MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda qeyd edib ki, onun rəhbərliyi altında formalaşdırılmış missiyaya Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, MDB Parlamentlərarası Assambleya, Belarus və Rusiya İttifaqı Parlament Yığıncağı, eləcə də MDB İcraiyyə Komitəsini təmsil edən 276 nəfər daxildir.
Məlumatda bildirilir ki, MDB-nin qısamüddətli müşahidəçiləri artıq Azərbaycana gəlməyə başlayıblar. Missiyanın qərargahında təlimatlandırıldıqdan və lazımi sənədlər aldıqdan sonra onlar ölkənin regionlarına yola düşürlər. Səsvermə günü missiya nümayəndələri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, eləcə də Naxçıvan Muxtar Respublikasındakı seçki məntəqələrində olacaqlar. Onlar seçkilərin müxtəlif mərhələlərində iştirak edəcəklər.
MDB müşahidə missiyasının rəy və qiymətləndirmələri yekun sənəddə öz əksini tapacaq.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət