Azərbaycan prezidenti İlham Əliyev onun üçüncü müddətə seçilməsinə səs verən seçicilərə minnətdarlığını bildirib. “Mənə böyük etimad göstərən, yenidən prezident vəzifəsinə seçən doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm”, - deyə İ.Əliyev bəyan edib.
“Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir”, - deyə o vurğulayıb.
Prezident söz verib ki, Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcək. “Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır”, - deyə o bəyan edib. İ.Əliyevin sözlərinə görə, Azərbaycan xalqı bu seçkilərdə son 10 il ərzində görülən işlərə öz yüksək qiymətini verib. Bu illər ərzində Azərbaycan dövlətçiliyinin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir.
“Bu seçkilərdə mənə verilən səslər, hesab edirəm ki, müstəqilliyə, azadlığa, xoşbəxt gələcəyə verilən səslərdir. Mən çox fəxr edirəm ki, son illər ərzində bütün təşəbbüslərim reallığa çevrilib”, - deyə dövlət başçısı vurğulayıb.
“Bu seçkilərdə böyük səs çoxluğu ilə mənə göstərilən etimad həm görülən işlərə verilən qiymətdir, həm də ölkənin gələcək inkişafı ilə bağlı olan, xalq tərəfindən ifadə edilən niyyətdir, tələbdir. Biz gələcəyə böyük nikbinliklə baxırıq. Ötən 10 ilin təcrübəsi bu inamı daha da artırır. Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcək”, - deyə İ.Əliyev əlavə edib.
Dövlət başçısı demokratik dövlət qurmaq səyləri, korrupsiya, işsizlik və yoxsulluqla daha səmərəli mübarizə üzrə cəhdlərin davam etdiriləcəyini bəyan edib. “Bütün konkret istiqamətlər üzrə bizim konkret proqramlarımız var”, - deyə o bildirib.
“Mən prezident kimi Azərbaycanın milli maraqlarını müdafiə edəcəyəm, xalqın rifahını təmin edəcəyəm”, - deyə İ.Əliyev söz verib.
MSK sədri Məzahir Pənahov canlı yayımda seçici protokollarının çox hissəsinin hesablanmasının nəticələrinə əsasən İ.Əliyevin şərtsiz liderliyi haqqında bəyan etdikdən sonra Azərbaycan prezidentinin çıxışı Dövlət Televiziyası ilə nümayiş olunub.
Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçirilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət