Milli Məclisin spikeri Oqtay Əsədov əmindir ki, Azərbaycan-İran sərhədində problemlər tezliklə aradan qaldırılacaq.
O.Əsədov cümə günü parlamentin plenar iclasında qeyd edib ki, iki dövlət arasında sərhədlə bağlı yaranmış problemin həlli üçün İran tərəfi ilə danışıqlar aparılır.
“İran öz ərazisinə 30 tondan artıq çəkisi olan yük maşınlarının daxil olmasına məhdudiyyət qoyub. Bunlar texniki məsələlərdir. Danışıqlar gedir və bütün problemlər tezliklə öz həllini tapacaq”, - deyə parlamentin sədri vurğulayıb.
Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov parlamentin iclasında çıxışı zamanı bildirib ki, rəsmi Bakı Tehranın Azərbaycan-İran sərhədini bağlaması ilə bağlı problemə çox ciddi yanaşmalıdır.
“İran ərazisinə ağır tonnajlı avtomobillərin və Azərbaycan vətəndaşlarının keçməsi ilə bağlı problem artıq neçə gündür ki, davam edir. Bu gün Naxçıvan ağır blokada şəraitindədir, bundan başqa, qış yaxınlaşır. İran tərəfi naxçıvanlılara kömək göstərmək əvəzinə Azərbaycanla sərhədləri bağlayır, ölkə vətəndaşlarını və avtomobilləri günlərlə sərhəddə saxlayır”, - deyə S.Novruzov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələni İranın Bakıdakı səfirliyi qarşısında ciddi şəkildə qaldırmalıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət