Ötən gecə Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun sərhəd kəndlərini intensiv atəşə tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Atəş nəticəsində Əlibəyli kənd sakini qəlpə yarası alıb. Bir uşaq anası olan 1976-cı il təvəllüdlü Ruhiyyə Hüseynova hər iki diz nahiyəsindən dəlib keçən qəlpə yarası alıb. Tovuz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti kafdir.
Sakinlərin sözlərinə görə, son üç gündə düşmən hava qaralan kimi kəndi gülləbaran edir. Düşmən gülləsinə tuş gəlməmək üçün onlar zirzəmilərdə gecələməli olurlar. Atılan güllələrin hamısı evlərə dəyir.
“Heç sakitləşmirlər. Hər gün atırlar. İşıqları söndürürük. Təcili yardım maşını da gələ bilmir”, – deyə kənd sakinlərindən biri bildirib.
Yanvarın 23-dən 24-nə keçən gecə Ermənistan silahlıları Tovuzun Əlibəyli kəndi ilə yanaşı, Hacallı, Koxa Nəbi və Ağdam kəndlərini də atəşə tutublar. Güllə səsləri hətta Tovuz rayonunun mərkəzində də aydın eşidilib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət