Rusiyanın Ukraynadakı bugünkü hərəkətləri beynəlxalq hüquq nöqteyi-nəzərindən qəbuledilməzdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvü, politoloq Rasim Müsabəyov Ukrayna ətrafında yaranan vəziyyəti şərh edərkən bəyan edib.
“Rusiyanın hərəkətləri beynəlxalq hüquq və ümumiyyətlə, Moskvanın özünü ərazi bütövlüyünün tərəfdarı kimi qələmə verməsi nöqteyi-nəzərindən qəbuledilməzdir. Kreml Ukraynanın ərazi bütövlüyünə zəmanət verirdi, indi isə onun vətəndaşları üçün uydurma təhlükə olduğu barədə bəyan edir. Baxmayaraq ki, Rusiyanın müdafıə edə biləcəyi heç kim yoxdur, heç kəs xəsarət almayıb”, - deyə o vurğulayıb.
Politoloq qeyd edib ki, heç kim Avropanın mərkəzində hərbi toqquşma ocağı yaratmaq istəmir.
“Lakin, sizi əmin edirəm ki, adekvat insanlar anlayırlar ki, Rusiya dünya iqtisadiyyatı tərəzisində iki faizdən az, halbuki, ABŞ, Avropa Birliyi və Yaponiya – 50%-dən artrıq yer tutur. Qüvvələrin nisbəti nöqteyi-nəzərindən burada heç bir sual yoxdur”, - deyə R.Musabəyov bildirib.
Buna baxmayaraq, politoloq qeyd edib ki, Rusiya Kremlin Ukraynaya qarşı bu cür siyasətinin nəticələrindən əhalinin narazılığına yol verərək, kifayət qədər uzun müddət bu cür qarşıdurma rejimində qala bilər.
“Rusiyanın bu qarşıdurmanın ağırlığını hiss edəcəyi və çox tezliklə rus əhalisinin rejimə qarşı çıxış edərək narazılıqlarını bildirəcəyinə şübhım yoxdur. Sabah ABŞ dollarının məzənnəsi 50 rubla və avronun 60 rubla qədər azalanda və istirahət və ya hansısa alış-veriş planlaşdıran şəxslər əmanətlərinin qiymətdən düşməsinə görə hiddətlənəndə və ümumi planları pozulanda, düşünürəm ki, müxtəlif növ vətənpərvər ruhlu bəyanatlarla bu narazılığı neytrallaşdırmaq çox çətin olacaq”, - deyə parlament üzvü qeyd edib.
Politoloq vuirğulayıb ki, Kremlin Ukraynadakı hərəkəti nəinki kobud şəkildə beynəlxalq hüquq pozuntusudur, həm də Rusiya rəhbərliyinin böyük səhvidir.
“Allah etsin ki, Rusiyada elə ağıllı insanlar meydana gəlsin ki, aradan qaldırılması artıq mümkün olmayan bu səhvin mənfi nəticələrini heç olmazsa azaltmaq iqtidarında olsunlar”, - deyə R.Musabəyov bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət