Bakı Avropanın Qarabağ münaqişəsi ilə bağlı ikili standart siyasəti yürütməsindən əl çəkəcəyinə ümid edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
“Biz ATƏT Parlament Assambleyasının prezidentinin bəyanatını alqışlayırıq, lakin eyni zamanda onların münaqişələrə yanaşmada ikili standartları aradan qaldırmasını və beynəlxalq hüquq normalarının tələb etdiyi kimi, Azərbaycanın haqq səsini müdafiə etməsini gözləyirik”,- deyə Ə.Həsənov ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin spikeri Ranko Krivokapiçin bəyanatını şərh edərkən söyləyib.
Bir gün əvvəl ATƏT PA prezidenti Bakıda bəyan edib ki, “ATƏT Ukraynada baş verən hadisələr fonunda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində Minsk Qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olmaq niyyətindədir”.
“Ukrayna ilə bağlı hadisələr göstərdi ki, biz Qarabağ münaqişəsinin həllində təcili nəticə əldə etməliyik. Bu gün biz ATƏT sədri ilə Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk Qrupunun fəaliyyətində ciddi irəliləyişlərin əldə edilməsi məsələsi üzərində işləyirik”, - deyə R.Krivokapiç çərşənbə günü jurnalistlərə bildirib.
Ə.Həsənov bəyan edib ki, Bakı uzun illərdir Qərbin ikili standart siyasətindən imtina etməsinə çalışır.
“Biz həmişə onların beynəlxalq hüquq norma və prinsiplərinə differensial münasibət göstərməmələrini gözləyir və tələb edirik. Biz neçə ildir bəyan edirik ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş təcavüzkar dövlətdir, Ermənistanın Avropa Şurası və digər strukturlardakı nümayəndə heyətlərinin fəaliyyətinin dondurulmasını tələb edirik, lakin bu, qulaqardına vurulur”, - deyə Ə.Həsənov vurğulayıb.
Şöbə müdiri deyib ki, Avropa qurumları Azərbaycan tərəfinin bəyanatlarına məhəl qoymayaraq “ikili standartlar tətbiq edir, Azərbaycanın haqq səsini eşitmirlər”.
“İndi isə fikir verin, Krım məsələsi ortaya çıxan kimi, onlar Rusiyaya qarşı bu siyasəti (sanksiyalar - İF-Az) yürütdülər. Biz də öz növbəmizdə belə siyasətin Ermənistana qarşı tətbiq olunmaması ilə bağlı öz narazılığımızı bildirdik", - deyə Ə.Həsənov əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət