Azərbaycan ərazisinin 20%-dən çoxunu işğal etmiş Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən sanksiyaların tətbiq edilməməsi Qərb üçün bugünkü Rusiyanı yaradıb. “İnterfaks-Azərbaycan” agentliynin parlament müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı Zahid Oruc cümə günü parlamentin yaz sessiyasının növbəti plenar iclasında bəyan edib.
“Bu məsələ Ukraynada baş verən hadisələr fonunda daha da aktuallıq kəsb etməyə başlayıb”, - deyə Z.Oruc qeyd edib.
Deputatın sözlərinə görə, prezident İlham Əliyev hökumətin son iclasında çıxış edərkən növbəti dəfə Ermənistanın nə üçün beynəlxalq sanksiyalara məruz qalmaması, nə üçün Avropa Şurasında səsvermə hüququndan məhrum edilməməsi ilə bağlı suallar səsləndirib.
“Hesab edirəm ki, Ukraynada baş verən hadisələr fonunda Azərbaycanın problemləri xüsusilə qabarıq nəzərə çarpır. Buna görə biz yenə də Qərbdən soruşuruq ki, nə üçün indiyə qədər Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib? Ona görə ki, Ukrayna Azərbaycandan daha əhəmiyyətlidir? Ona görə ki, Qarabağ torpaqları Ukraynanın regionlarından daha az əhəmiyyətə malikdir? Xəzərin resursları Qara dənizin resursları qədər strateji əhəmiyyətə malik deyil”,- deyə Z.Oruc bildirb.
Deputat bildirib ki, ABŞ rəhbərliyi Krım məsələsi ilə əlaqədar olaraq dəfələrlə Rusiya rəhbərliyi ilə telefon bağlantısı qurub, Ermənistan-Azərbaycan münaqişəsindən söz gedəndə isə bir dəfə də olsun analoji hal baş verməyib.
“ABŞ prezidenti Barak Obama Krım hadisələri ilə əlaqədar Vladimir Putinlə 8 dəfə zəng edib, eləcə də Avropa ölkələrinin rəhbərləri ilə bu barədə danışıqlar aparır. Biz bunun əleyhinə deyilik. Ancaq siz nə vaxtsa Barak Obamanın Vladimir Putinə Qarabağ məsələsi ilə bağlı bir dəfə də olsun zəng etdiyini eşitmisinizmi?”,-deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, təcavüzkar Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən Qərb öz qarşısına bugünkü Rusiyanı çıxarıb.
“Buna görə də sanksiyalar dilində danışan, lakin bu illər ərzində beynəlxalq hüququn normalarına əməl etməyən Qərb dövlətləri özləri üçün bugünkü Rusiyanı qazanıblar. Xalqımızın çox müdrik bir məsəli var. Məni sancmayan ilan yüz il yaşasın. Bu prinsip bu günə qədər Ermənistana qarşı əsas götürülüb. Belə çıxır ki, indiyə qədər Ermənistan beynəlxalq münasibətlərə heç bir təsir etməyib, ona böyük meydan veriblər”,- deyə Z.Oruc vurğulayıb.
Onun sözlərinə görə, əksinə, Qərb Ermənistan-Azərbaycan münaqişəsindən qazanıb, enerji və digər sahələrdə özü üçün əlverişli şərtlərlə müqavilələr bağlayaraq ölkəmizin təbii sərvətlərini sümürüb.
“Beynəlxalq hüququ Rusiya kimi böyük bir dövlət pozduqda isə Qərb koalisiya və anti-Rusiya bloku yaradır”,- deyə o bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət