Hazırda “Cənub qaz dəhlizi” layihəsi dünyada ən iri investisiya layihəsidir. Bu barədə energetika naziri Natiq Əliyev bazar ertəsi VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında bəyan edib.
“Məlum olduğu kimi, “Cənub qaz dəhlizi” layihəsinə 4 layihə daxildir – “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”, Cənubi Qafqaz qaz kəməri magistralının (Bakı-Tiflis-Ərzurum –İF-Az) genişlənməsi, Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi və Trans-Adriatik qaz kəməri (TAP). Bu layihənin dəyəri $50,6 mlrd. təşkil edir və bu məbləğ artırılacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, hazırda enerji resurslarının tədarükünün sabitliyi və davamlılığı əsas məsələdir.
“Bizim vəziyyətimizdə buna nail olmaq üçün Özbəkistan, Tacikistan və Qırğızıstan da daxil olmaqla Xəzər regionunun bütün enerji resursları istehsalçıları, tranzit ölkələr və istehlakçıların cəlb olunduğu vahid enerji-tranzit məkanı (VETM) yaratmaq olardı”, - deyə N.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, vahid enerji-tranzit məkanının yaradılması üçün bu məkana daxil olacaq ölkələrin enerji strategiyalarının qarşılıqlı təkmilləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, VETM çərçivəsində şəffaflıq və rəqabətə davamlılığın təminatı üzrə iş aparılmalıdır.
“Bu cür enerji-tranzit məkanı bizə enerji resurslarından səmərəli istifadə etməyə imkan verərdi”, - deyə nazir qeyd edib.
N.Əliyev əlavə edib ki, hazırda Azərbaycan özünün neft hasilatının sabitləşməsi üzrə iş həyata keçirir.
“2013-cü ildə Azərbaycanda neft hasilatı təxminən 43 mln. ton təşkil edib. Hesab edirik ki, ölkəyə neft dollarının sabit axınını təmin etmək üçün neft hasilatını 40-45 mln. ton səviyyəsində sabitləşdirməyimiz kifayətdir”, - deyə o bildirib.
Qaz hasilatına toxunan nazir vurğulayıb ki, Azərbaycan bu istiqamətdə böyük perspektivlərə malikdir və Avropa Birliyi ilə uğurla əməkdaşlıq edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət